Bü günlərdə BMW şirkətinin bayraqdar krossoveri olan X7 modelinin ən güclü modifikasiyası haqqında məlumat peyda olub. İnternet şəbəkəsində yayılmış spesifikasiyada krossoverin aktiv M-differensialı əldə edəcəyi göstərilibdir.

Xatırladaq ki, bu avadanlıq alman markasının tam çəkişli modelləri üçün təklif edilmirdi. BMW X7 xDrive50i modeli 462 at qüvvəsi hasil edən 4,4-litrlik biturbo V8 mühərriki ilə təchiz ediləcəkdir. Güc aqreqatı səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışacaq. İri ölçülü krossoverin təchizatına isitmə funksiyası olan ön və arxa oturacaqlar, beş zonalı klimat-kontol, ürücü və qabaq sərnişin üçün massaj funksiyası, obyektləri aşkar etmək imkanı olan gecə görmə sistemi və Xoffroad yolsuzluq dəsti daxil ediləcəkdir.

Artəq xəbər verdiyimiz kimi, alman markasının Spartanburqdakı zavodunda X7 modelinin ilk nüsxələri konveyeri tərk edib.

Image alt Image alt Image alt Image alt Image alt