BMW şirkətinin Spartanburqdakı zavodunda X7 krossoverinin ilk seriya öncəsi nüsxələri istehsal edilib. İstehsal edilmiş nüsxələr xüsusi kamuflyajla örtülərək, dəbdəbəli krossoverin yekun sinaqlarına yollanıblar.

Xatırladaq ki, X7 modelinin carçısı olan Concept X7 iPerformance konsepti sentyabr ayında keçirilmiş Frankfurt avtosalonunda nümayiş etdirilmişdi. Konsept hibrid güc qurğusu, 23-düymlük təkər diskləri, lazer fənərləri, iri panoram tavan, 12,3 düymlük rəqəmsal cihazlar paneli, altı nəfərlik oturacaqlarla və sensorlu ekranı olan multimedia sistemi ilə təchiz edilmişdi.

Hər bir sərnişin oturacağı fərdi şəkildə tənzimlənə bilər.

Multimedia sistemi bir sərnişindən digərinə məlumatın ötürməsinə imkan verir. Misal üçün, öz planşetinizdən audiosistemə bəyəndiyiniz saundtreki ötürə bilərsiniz. Yaxud, öxuduğunuz məqaləni digər monitora və ya elektron poçtunuzdakı ünvanı naviqasiya sisteminə göndərə bilərsiniz.

İlkin məlumata görə, BMW X7 modeli X5 modelinin uzadılmış və təkmilləşdirilmiş platformasında  inşa edilibdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt