Hələ 90-cı illərin əvvəlində Avropada yaşayan zaman maşınlara olan marağımı avtomobil jurnallarında tapırdım. Varşavanın mərkəzində böyük jurnal və kitab mağazası var idi. Vaxtımın çox hissəsini orada keçirirdim. O qədər jurnalı almağa pulum olmadığından, elə oradaca oxuyub, şəkillərini incələyirdim. Ən böyük marağım da superkarlar idi. Sürəti sevdiyimə görə onları incələyib, nə vaxtsa sürəcəyimi arzulayırdım. Elə Jaguar XJ220 ilə də o zamandan tanışam.

Keçən həftə press-relizdə deyildiyinə görə, McLaren şirkəti tarixində ən mütərəqqi və sürətli modeli olan “Speedtail” adlı superhibridini təqdim edib. Hiperkar tamamilə karbondan hazırlanmış kuzova, aktiv alüminium asqıya və antiqanad rolunu oynayan patentləşdirilmiş elastik eleronlara sahib olub. 106 nüsxədə buraxılacaq hiperkarlar artıq sahiblərini tapıbdırlar.

Onu deyirlər ki, McLaren Speedtail xüsusi olaraq bu model üçün hazırlanmış karbon monokokunun əsasında inşa edilib. Uzanmış damcınıxatırladan kuzov tamamilə karbondan hazırlanıb və uzunluğu 5,137 metr, çəkisi 1430 kiloqramdır. Belə büyük avtomobil üçün yüngül sayılılr. 1050 at qüvvəsi hasil edən hibrid qurğu Speedtail modelini 300 km/saat həddinə 12,8 saniyəyə sürətləndirir. Bir sözlə ən son nə yüksək texnoloji “navarot”varsa, o da bundadır. Onun haqqında ətraflı xəbərlərdə oxuya bilərsiniz.

McLaren Speedtail, 2018-ci il

Jaguar XJ220, 1991-ci il

Bu xəbəri görəndə gözümün önündə 1991-ci il Jaguar XJ220 superkarı canlandı. 90-cı illərdə Jaguar şirkəti digər superkarlarla mübarizə üçün məhdud seriaya ilə istehsal olunurdu və şirkətin tarixində ən bahalı və sürətli avtomobil titulunu qazanmışdı. Maksimal sürəti 354 km/saat, 0-100 km/saat sürətlənmə isə 3.9 saniyə idi. Belə texniki parametlərə bu gün belə az sayda superkar malikdir.

Superkarın 6.2-litrik V12 mühərriki 520 at gücü hasil edirdi. Üstəlik superkarı tam çəkişli transmissiya ilə təhciz edirdilər ki, yağışlı Britaniyada onu idarə etmək mümkün olsun. 1988-ci ildə təqdim olunmuş konseptdən fərqli olaraq, gilyotin formalı qapıları seriya avtomobildə görmək qismət olmadı. Marketoloqlar qiyməti yüksək olan avtomobili daha da bahalaşdırmaq istəmədilər. Amma islanmışın yağışdan nə qorxusu? 10-20 min funt sterlinq ora ya bura, 413.000 funt-sterlinq (785.000 ABŞ Dolları) qiymətə o qədər də təsir etməzdi. “Bir ətək” pul verən kolleksiyaçı onsuz da simiclik etməzdi. Axı belə özəl avtomobillərin qiyməti zaman keçdikcə şotland viskisi kimi yüksəlir. 

McLaren dizayenrləri ideal aerodinamik forma axtararaq, 27 il öncə inşa edilən avtomobilin dizaynını təkrarlayıb, yeni kimi təqdim edirlər. Bu nədir? O zamanki konstruktorların dahiliyi, yoxsa bu günkilərin ideyalarının olmaması? Bilmirəm, bəlkə ideya dizaynerin… atasından qalıb?

Image alt Image alt

Uşaqlıqdan sürəti sevdiyimə görə, bu avtomobiləri gözəl tanıyıram. Hətta, mənim arzularımda elə həmin illərin digər superkarı Ferrari F40-dır. 80-90-cı illərdə varlı alıcıları başdan çıxarmaq üçün bütün “krutoy” şirkətlər bir-birinin bəhsinə bahalı idman avtomobilləri təklif edirdilər. Elə o zamanlar da McLaren şirkəti Formula 1 uğurlarını umumi yollar üçün avtomobildə cəmləyərək 1.5 milyon dollar qiymətində McLaren F1 istihsal etdi. Salonu isə özəl olaraq 3 nəfərlik idi. Sürücü ortada, sərnişinlər yengələr kimi sağda və solda. Elə yeni Speedatilin salonu da onun kimi 3 yerlidir və həmin modelin davamçısıdır. İstehsalı ənənəvi olarak limitli şəkildə, nə az, nə çox 349 ədəd oldu. Hamısı da satıldı.

Bu uğurdan ilhamlanan Ron Dennis elə o zaman and içib ki, dünyanın ən bahalı, sürətli və texnoloji fantastik maşınlarını inşa edəcək. Kişi sözünün üstündə də durur.  

90-cı illərin bahalı və populyar superkarları