Mercedesin pilotu Valtteri Bottas sözlərinə görə, son zamanlar bolidi sürmək əvvəlki illərlə müqayisədə asanlaşıb. Finlandiyalı sürücü Monakodakı cümə axşamı sərbəst yürüşlərində yalnız Həmiltondan geri qalaraq ikinci olub.

Valtteri Bottas: “Bizim üçün gün yaxşı keçdi. Əvvəlki illərdə bolidi sürmək çətin olsa da, indi daha yaxşıdır, daha rahat və əlverişlidir. Demək olar ki, həzz aldım. Bu trassda vacib olan limitlərin tapılmasıdır ki, mən də onları müəyyən etdikdən sonra çox rahat idim. Həftəsonuna yaxşı başladıq, amma Monakodayıq, hər şeyin yaxşı olacağına inanıram".