Brabus atelyesi, tirajı 10 nüsxə ilə məhdudlaşacaq 900 XLP One of Ten kolleksiya pikapını təqdim edib. Pikap 900 at qüvvəli 4,5-litrlik mühərriklə təchiz olunub, onun klirensi 490 millimetrdir və 100 kilometr/saat həddini 4,4 saniyəyə yığa bilir. Ofrouderin idarələnən çəpərcikləri olan buraxılış sistemi ilə təchiz edilib. Hər iki körpü portal konstruksiyalıdır. Gözlənilməz vəziyyətlər üçün 4,5 ton çəkmə qüvvəsinə malik olan bucurqad nəzərdə tutulub.

Bu il Brabus atelyesi nəzərəçarpacaq dərəcədə aktivləşib və bir-bir ardınca maraqlı yenilikləri buraxır. Artıq 1300 R stritfayteri, 900 at qüvvəli Mercedes-Maybach GLS krossoveri, bir cüt Mercury Marine 450R yarış mühərriki olan Shadow 900 Deep Blue Signature Edition qayığı və atelyenin özünün hazırladığı şassidə inşa olunmuş ilk Brabus avtomobili - Crawler baggisi təqdim edilib. İndi növbə Brabus 900 XLP One of Ten pikapınındır ki, əslində bu avtomobil Adventure XLP modelinin başqa bir variantıdır.

Mercedes-AMG G 63 modelinin əsasında hazırlanmış pikap artıq bir neçə versiyaya malikdir: adi 800 Adventure XLP, “tünd” Adventure XLP Superblack və "yüngül" XLP Superwhite. Qeyd etmək lazımdır ki, bu avtomobillərin hər birində hasilatı 800 at qüvvəsi və 1000 Nm fırlanma anı olan 4,0-litrlik V8 biturbo mühərrikdən istifadə edilir.  Lakin  900 XLP One of Ten kolleksiya modelində başqa aqreqat quraşdırılır – bu, iş həcmi 4407 kub santimetr olan Brabus Rocket 900 (gözəl görünməsi üçün 4,5 litrə qədər yuvarlaqlaşdırılıb) güc qurğusudur.

Səkkizsilindrli mühərrikin hasilatı  900 at qüvvəsi və 1250 Nm fırlanma anı təşkil edir. Bununla belə, transmissiyanı qorumaq üçün, fırlanma anı elektronika tərəfindən 1050 Nm həddində məhdudlaşdırılır. 900 XLP One of Ten pikapı ilk "yüzlüyünə" 4,4 saniyəyə sürətlənir, onun maksimal sürəti isə 210 km/saata çatır. Hətta yanacaq sərfiyyatı da açıqlanıb: qarışıq rejimdə 100 kilometrə 15,5 litr.

Pikap keçirilə bilən klapanlar və ucluqlarında işıqlandırma olan buraxılış sistemi ilə təchiz edilir. Hər iki oxda portal körpülər vardır ki, bu da klirensi 490 millimetrə qədər artırmağa imkanı verir. Lakin bu hündürlük kifayət deyildirsə, sintetik Spydura trosu və 4,5 ton dartma gücü olan bucurqad var. Pikap 22-düymlük Brabus Monoblock Z HD diskləri ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Xarici kuzov dəsti (kapot, təkər tağlarının genişləndiriciləri, bamperə əlavələr və sairə) karbon lifindən hazırlanır. Mühərrik, ötürmələr qutusu və yanacaq çəni metal təbəqələrlə müdafiə olunub. İnteryer qara Jet Black tikişi olan qara Mondial Black dərisi ilə üzlənib. Kontrast üçün tutqun qırmızı Rocket Red rəngindəki 206 ədəddən çox dekor elementindən istifadə olunub. Digər diqqət çəkən məqamlar arasında transmissiyanın karbondan hazırlanmış sükanaltı “avarları”, alüminium pedallar və mərkəzi konsolda quraşdırılmış Panerai Luminor saatı var.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.