Braziliyanın patent bürosunun bazasında yeni Toyota Tacoma pikapının eksteryer dizaynını əks etdirən patent təsvirləri peyda olub. Təsvirlərdən göründüyü kimi, seriyaya gedəcək pikap 2021-ci ildə nümayiş etdirilmiş elektrik pikapının prototipini demək olar ki, təkrarlayacaqdır.

Yeni Tacoma flaqman Tundra modelinə bənzəyəcək və onunla unifikasiya ediləcəkdir. Pikapın dördüncü nəslinin mexaniki transmissya və altısilindrli atmosfer mühərrikini itirəcəyi güman edilir. Tacoma modelinin modifikasiya çeşidinə 2,4-litrlik “turbodördlüyə” əsaslanan adi və hibrid versiyalarının daxil ediləcəyi ehtimallar arasındadır.

Amerikalı jurnalistlər uzun müddətdir ki, bütün çərçivəli Toyota modellərinin gələcək unifikasiyası barədə məlumat verirlər və görünən odur ki, bu proqnoz özünü doğruldur. Yeni Tacoma TNGA-F platformasını Land Cruiser/Sequoia ofrouderləri və Tundra pikapı ilə bölüşəcəkdir. 3,5-litrlik V6 atmosfer mühərriki Highlander krossoverindən tanış olan “turbodördlük” ilə əvəz olunacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Əvvəllər olduğu kimi, Toyota Tacoma dördqapılı kabinlə təklif ediləcək və demək olar ki, şaquli “burnu”, sanballı klirensi və opsional palçıq şinlərini qoruyub saxlayacaqdır. Seriya pikapında yanacaq çəninin başlığı və ənənəvi radiator barmaqlığına peyda olacaqdır – bu elementlər onun konsept ilə olan bütün fərqidir.

Amerikalı jurnalistlər Toyota Tacoma pikapının təqdimatının ilin ikinci yarısında keçiriləcəyini gözləyirlər. Orta ölçülü pikap yeni Ford Ranger, eləcə də yenilənmiş Chevrolet Colorado/GMC Canyon ilə rəqabət aparmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.