Scuderia Toro Rosso komandasının yeni zelandiyalı pilotu Brendon Hartli Honda güc qurğusunun işindən razı qaldığını bildirib.

Yeni zelandiyalı Barselonada keçirilən mövsümöncəsi sınaqlarda 93 dövrə vuraraq heç bir texniki problemlər ilə üzləşməyib.

“Hesab edirəm ki, McLaren komandası Honda mühərrikindən imtina etməkdə tələskənliyə yol verib, - Hartli ispan Marca qəzetinə verdiyi müsahibəsində bildirib. – Honda mühərrikinin yaxşı çalışma xüsusiyyətləri vardır.

Gücə gəldikdə isə, yeni Honda mühərriki keçən ilki Renault mühərrikindən qat-qat güclüdür”.

Honda nümayəndələri isə, McLaren komandasından ayrıldıqlarına görə deyəsən heç də peşman deyillər