Böyük Britaniyanın bütün diplomatik nümayəndəlikləri Jaguar I-Pace elektrik krossoverlərini alacaqdırlar. Avtomobillərin dəyişdirilməsi ətraf mühitin qorunması ilə əlaqədardır: Birləşmiş Krallığın diplomatik xidməti dünyada ən ekoloji xidmətlədən birinə çevrilməyi planlaşdırır.

Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin katibi Saymon MakDonald "benzinlə çalışan avtomobillərdən elektromobillərə keçidin Böyük Britaniya Xarici işlər nazirliyinə dünyanın ən «yaşıl» diplomatik xidmətinə çevrilməyə kömək edəcəyini" vurğulayıb. Jaguar I-Pace krossoverləri diplomatik nümayəndəliklərə 2020-ci ilin aprelinə qədər veriləcəkdirlər. Çox güman ki, ilkin olaraq elektromobilləri Böyük Britaniyanın səfirləri  alacaqdırlar.

Tədricən diplomatik nümayəndəliklərin digər maşınları da elektrokarlar ilə əvəz olunacaqdırlar. Plana əsasən, 2022-ci ilə qədər hər dörd britaniya diplomatındab biri sıfır karbon tullantılarına malik olan avtomobilləri sürəcəkdir. 2030-cu ilə qədər isə dünyadakı diplomatik nümayəndəliklərin bütün əməkdaşları elektromobillər ilə təmin ediləcəkdirlər.

Birləşmiş Krallığın diplomatik idarələrinin ətraf mühitə olan qayğısı təkcə benzin avtomobillərindən tədricən imtina edilməsi ilə məhdudlaşmayacaqdır.  Britaniya Xarici İşlər Nazirliyi nümayəndəliklərinin damlarında günəş panellərinin quraşdırılacağını və plastik stəkanlarından istifadədən tamamilə  imtina ediləcəyini açıqlayıb.

Böyük ehtimalla, gələcəkdə Britaniyanın səfirlərinə beşinci nəsil Jaguar XJ elektrik sedanları veriləcəkdir. Jaguar markasının bayraqdar modelin təqdimatı 2020-ci ildə keçirilməlidir. Bayraqdar sedanın sırf elektrik güc qurğusu ilə debüt edəcəyi gözlənilir. Lakin, gələcəkdə Jaguar XJ sedanı elektrik mühərriki ilə yanaşı, hibrid versiyalarda da təklif ediləcəkdir.

Böyük Britaniyanın Baş naziri Tereza May 2050-ci ilə qədər Birləşmiş Krallığın ərazisində ənənəvi yanacaqla işləyən nəqliyyat vasitələrini qadağan edilməsini planlaşdırırdı. Bununla yanaşı,digər dövlətlərin yaxın beş il ərzində Londonun nümunəsindən istifadə etməsələr, sərt ekoloji siyasətə yenidən baxıla bilər.

 Mənbə: TASS