Volkswagen qrupuna daxil olan Bugatti markası 3D-printerində çap edilmiş əyləc supportunu təqdim edib. Titan ərintisindən hazırlanmış səkkizporşenli monoblok additiv texnologiyasından (üçölçülü detalların qat-qat hazırlanması) istifadə edilərək hazırlanmış ən iri işlək detaldır.

Supportun uzunluğu 41 santimetr, eni - 21 santimenr, hündürlüyü isə 13,6 santimetr təşkil edir. Titandan hazırlanmış detalın çəkisi 2,9 kiloqramdır. Müqayisə üçün,  alüminiumdən hazırlanan analoji detal 4,9 kiloqram çəkiyə malikdir. 3D-supportun hazırlanması üçün aerokosmik sənayesində tətbiq olunan ərintindən istifadə edilir. Bu ərintidən təyyarələrin şassilərinin dayaq elementlərini və raket mühərriklərinin komponentlərini hazırlayırlar. Bugatti şirkətinin tərəfdaşı rolunda Laser Zentrum Nord şirkəti çıxış edir.

Məhz bu şirkət titanla işləyə bilən dünyanın ən iri 3D printerinə sahibdir. Supportun çapı prosesi 45 saat davam edir. Bu müddət ərzində 400 vattlıq lazerlər titan tozunun 2213 qatını bişirərək, əvvəlcədən verilmiş proqram əsasında detalı yaradırlar. Bundan sonra, detalda qalan gərginliyi çıxarmaq və onun əyilmələrə qarşı dayanıqlılığı artırmaq üçün supportu termik emaldan keçirirlər. Daha sonra isə, 11 saat davam edən kimyəvi və mexaniki emal prosesi başlayır.

Image alt Image alt Image alt