Yaxın həftələrdə Bugatti şirkəti Centodieci hiperkarlarını müştərilərinə çatdırmağa başlayacaqdır. İstehsalçı xırdaseriyalı modelin tamölçülü sınaq proqramının başa çatdığı və onun istehsala hazır olduğu barədə məlumatı hələ mart ayının sonunda vermişdi. Bu gün isə, fransız markası hiperkarın salon tərtibatının xüsusiyyətləri barədə danışıb.

Bugatti Centodieci hiperkarı EB110 Super Sport modelinin müasir təsfiridir və bir çox cəhətdən təkcə zahirən deyil, həm də daxilən unikaldır. Molseymli mütəxəssislərin bütün formaları, detalları və texnoloji prosesləri işləyib hazırlamalarına bir ilə qədər vaxt gərək olub, əllə yığılan bir interyerin hazırlanmasına isə 16 həftə vaxt sərf edilir.

Dizayner və mühəndislər ön və qapı panellərini, mərkəzi tuneli sıfırdan yaradıb, habelə standart Bugatti kreslolarını yenidən üzləyiblər. Yüksək keyfiyyətli dəri, karbon və alüminium ilə tərtibatda şahmat taxtası effekti üstünlük təşkil edir. Üstəlik, naxışın yekcins görünməsi və bir səthdən digərinə rəvan şəkildə keçməsi üçün xanalar ideal şəkildə yerləşdirilirlər. Tavan ilə döşəmə xalıları da eyni üslubda tərtib ediliblər.

Oturacaq başlıqlarına, orijinal EB110 modelində olduğu kimi, ya “EB” basmanaxışları, ya da avtomobil sahibinin sifarişi ilə fərdi yazı həkk edilə bilər. Qapı kandarları və dirsəkaltılar da lazır oyması ilə “Centodieci” sözü yazılmış emblemlər ilə bəzədilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Xatırladaq ki, Bugatti Chiron modelinin bazasında inşa edilmiş hiperkar donorundan təkcə dizaynı ilə deyil, həm də texniki hissəsi ilə seçilir. Centodieci fransız markasının seriya modelləri arasında mövcud olan ən güclü avtomobildir. Hiperkarın 8,0-litrlik dörd turbokompressorlu W16 mühərriki 1600 at qüvvəsi hasil edir.

Centodieci 100 km/saat həddini - 2,4, 200 km/saat həddini - 6,1, 300 km/saat həddini isə, 13,1 saniyəyə toplayır. Hiperkarın maksimal sürəti 380 km/saat həddində məhdudlaşdırılıb.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.