Bugatti şirkəti 1500 at qüvvəli W16 mühərriki ilə təchiz edilmiş Chiron Sport hiperkarının Dassault Rafale göyərtə qırıcı ilə yarışının video və şəkillərini yayımlayıb. Yerdə avtomobil təyyarəyə şans verməyib, lakin səmaya qalxan təyyarə daha sürətli olub.

Yarışda Chiron Sport hiperkarının Les Légendes du Ciel ("Səma Əfsanələri") adlı "aviasiya" versiyası  iştirak edib. Bu versiya keçən əsrin əvvəllərindəki qırıcı təyyarələrin pilotları olan məşhur yarışçılara həsr edilib.

Chiron Sport  Les Légendes du Ciel hiperkarl standart W16 mühərriki ilə təchiz edilir. Güc qurğusu 1500 at qüvvəsi və 1600 Nm fırlanma anı hasil edir. "Aviasiya" Chiron Sport hiperkarı 100 km/saat həddinə 2,4 saniyəyə sürətlənir və 420 km/saatlıq maksimal sürət həddinə malikdir.

Dassault Rafale qırıcısının turboreaktivt mühərriki 5827 Nyuton istehsal edir ki, bu da 5727 at qüvvəsinə bərabərdir. Təyyarənin və hiperkarın mübarizəsi "7227 at qüvvəsinin yarışı" adlandırılıb - bu da onların güc qurğularının ümumi hasilatını göstərir.

Yarış Fransanın Hərbi Hava Qüvvələrinə məxsus olan bazanın uçuş zolağının 1,5 kilometrlik hissəsində təşkil edilib. Chiron Sport hiperkarını keçən əsrin sonunda Formula 1 çempionatında yarışmış, hazırda isə Bugatti şirkətinin test pilotu olan Pytr-Anri Rafanel idarə edib. İlk saniyələrdə hiperkar liderliyi ələ alıb, ancaq bir neçə yüz metrdən sonra qırıcı yerdən qalxaraq avtomobili havada üstələyib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bugatti şirkəti bir müddət bundan əvvəl sürət rekordlarının ardınca qaşmayacağını bildirib. "Dünyanın ən sürətli avtomobillərini istehsal etdiyimizi bir neçə dəfə göstərdik və 300 mil/ saat həddini fəth etmək bu sahədəki son rekordumuzdur", – fransız markasının rəhbəri Stefan Vinkelmann vaxtı ilə bildirmişdi.