Almaniyada yerləşən “Auto Seredin” avtodileri 3 milyon 570 min avroya Chiron hiperkarını təklif edir. Bu məbləğ Chiron modeli üçün təyin edilmiş qiymətdən bir milyon avro artıqdır. Diler bunun səbəbini Bugatti Chiron modelinə növbədəki sərfəli yer üçün olduğunu bildirmişdir.

Eyni zamanda, bu qiymət hələlik istehsal edilməmiş avtomobil üçün təyin edilmişdir. Hal-hazırda müştəri avtomobili öz istəklərinə uyğun yığaraq sifariş edə bilər. Hiperkar 2018-ci ilin ikinci rübündə sifarişçiyə çatdırılacaqdır. Müqayisə üçün, hiperkarı indi sifariş etsəniz, o yalnız üç ildən sonra hazır olacaqdır. Artmış qiymətin bir hissəsi seçilmiş opsiyaların dəyərini nəzərdə tutur. Misal üçün, eksteryerin və disklərin tərtibatı üçün 50 min avro, salon tərtibatı üçün daha 50 min avro, rahat oturacaqlar üçün 25 min avro və sairə əlavə vəsait ödənilməlidir.

2017-ci ildə Bugatti şirkəti 70 avtomobil istehsal etməyi planlaşdırır.

Hiperkarın ümumi tirajı 500 ədəd olacaqdır ki, bunların da 220 ədədi artıq satılmışdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt