Bugatti şirkəti Chiron hiperkarının yeni "drayver" versiyasını təqdim edib. Bugatti Chiron Pur Sport modeli 16 nüsxəlik məhdud sayda tirajla buraxılacaqdır. Hər bir avtomobilin qiyməti 3,2 milyon avro olacaqdır.

Yeni hiperkrın aerodinamikası təkmilləşdirilmiş, çəkisi azaldılmış və kütlənin ox ararsında paylanması yaxşılaşdırılmışdır. Hiperkar 1500 at qüvvəsi hasil edən dörd turbokompressorlu 8,0-litrlik W16 mühərriki ilə təchiz edilib. Lakin, Pur Sport modelinin mühərrikinin "qırmızı bölgəsini" 200 dövrə/dəqiqə irəli çəkərək 6900 dövr/dəqiqəyə qaldırıblar. Bundan əlavə, ötürmələr qutusu yenidən tənzimlənmiş və ötürmə rəqəmləri bir-birinə yaxınlaşdırılmışdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hiperkar genişlənmiş hava girişləri və geniş radiator barmaqlığı olan ön bamperə, ön splitterə, ön qanadlardakı hava dəliklərinə və Chiron modelinin digər versiyalarında olduğu kimi aktiv arxa spoylerin əvəzinə iki metrlik bərkidilmiş arxa antiqanada sahib olub. Yeni avtomobili arxadan, 3D printerdə titandan çap edilmiş çıxış boruları sayəsində tanımaq olar.

Bugatti Chiron Pur Sport modeli adi hiperkardan 19 kiloqram yüngüldür. Hiperkar titandan çap edilmiş əyləc supportlarını, xüsusi Michelin şinləri taxılmış yeni "aerodinamik" təkər disklərini və yüngül əyləc disklərini əldə edib. Ön tərəfdəki yaylar 65%, arxadakılar isə 33% sərt olublar. Aktiv idarəetməni təmin etmək üçün, adaptiv şassinin idarəetmə proqramı yenidən yazılmışdır.

Bugatti Chiron Pur Sport modifikasiyasının istehsalı 2020-ci ilin ikinci yarısında başlayacaqdır.