Bugatti şirkəti yeni hiperkarı - Chiron Super Sport modelini təqdim edib. Unikal aerodinamik həllərini alan kupe, yalnız doqquz nüsxədə inşa ediləcəkdir. Yeni hiperkarın qiymətinin ən azı 3,2 milyon avroya olacağı bildirilir.

Chiron Super Sport hiperkarının əsas xüsusiyyəti 25 santimetr uzadılmış arxa hissəsidir. Eyni xüsusiyyətə dünya sürət rekorunda imza atmış Chiron Super Sport 300+ modeli də malikdir.

Maksimal aerodinamik xüsusiyyətləri əldə etmək üçün, fransız istehsalçısının mühəndisləri superkarın kuzovundakı bütün lazımsız elementləri yığışdıraraq, ona mümkün qədər axıntılı forma veriblər. Hava axınlarına qarşı müqaviməti azaltmaq və işlənmiş qazların təsirini minimuma endirmək üçün mütəxəssislər diffuzoru və buraxılış sistemini dəyişdiriblər.

Chiron Super Sport modeli almazla cilalanmış beş Y-şəkilli milləri olan unikal alüminium təkər disklərinə əldə edib. Bundan əlavə, hiperkar üçün 500 km/saat həddinə qədər sürətə davam gətirə bilən xüsusi şinlər hazırlanıb. 

Chiron Super Sport modelinin interyer tərtibatında yüksək keyfiyyətli dəri və alüminiumdan, habelə karbondan hazırlanmış elementlərdən istifadə edilir.

Hiperkar gücü 1600 at qüvvəsinə qədər artılımış dörd turbokompressorlu 8,0-litrlik W16 mühərriki və iki muftalı yeddi pilləli “robot” ilə təchiz edilir. Chiron Super Sport hiperkarının maksimal sürəti elektronika tərəfindən 440 km/saat həddində məhdudlaşdırılır.

Fransız markasının rəhbəri Stefan Vinkelmannın sözlərinə görə, yeni Chiron Super Sport transkontinental səyahət üçün ideal olan “tarixdəki ən möhtəşəm qran-turizmodur”.

Bugatti Chiron Super Sport modelinin tirajı doqquz nüsxə ilə məhdudlaşacaqdır - yəni bu kupe ən nadir və ən eksklüziv Chiron hiperkarı olacaqdır. Hər bir hiperkarın qiyməti minimum 3,2 milyon avro olacaqdır. Hiperkarın müştərilərə çatdırılmasına 2022-ci ildə başlanmalıdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

2019-cu ildə Bugatti şirkəti Chiron Super Sport 300+ hiperkarının seriya istehsalına başlayıb. Bu model 490,484 km/saat həddinə sürətlənərək dünya rekorduna imza atıb. Unikal hiperkarı 3,5 milyon avroya almaq olardı.