Amerikada keçirilən The Quali :A Motorsports Gathering festivalında Bugatti şirkəti yeni hiperkarı təqdim edib. Bugatti Chiron modelinin bazasında inşa olunan Divo hiperkarı şaquli nazik işıqdiodlarından optikası olan unikal dizayna, təkmilləşdirilmiş aerodinamik dayağa, həmçinin modifikasiya edilmiş şassiyə və yenidən tənzimlənmiş asqıya sahib olub. Daha çox yerəbasma gücü hasil edən Divo hiperkarı Nardo trekini Chiron modelindən 8 saniyə yeyin qət edir.

Bugatti Divo hiperkarının dizaynı «forma nəhsuldarlığı təqib edir» konsepsiyasına cavab verir. Bu konsepsiyada hər bir element müəyyən edilən funksiyanı yerinə yetirir ki, bu da döngələri yeyin qət etməyə imkan verir. Mühəndislər qarşısında duran əsas vəzifə optimal aerodinamik və termodinamik effektivliyi təmin etmək idi.

Divo modelinin xüsusiyyətləri xüsusi animasiyası və 35 millimetr eni olan işıqdiodlarından optika, damdakı NACA sipərləri, müxtəlif ölçülü 44 «üzgəcdən» ibarət olan üçölçülü arxa fənərlər, 1,83 metr eni olan arxa spoyler (Chiron modelində olduğundan 23% geniş), dəyişdirilmiş arxa diffuzor və dörd buraxılış borularıdır.

Yeni aerodinamik elementlər sayəsində Bugatti Divo 456 kiloqramlıq yerəbasma gücü hasiul edir ki, bu da Chiron modelində olduğundan 90 kiloqram çoxdur. Döngələri qət edən zaman köndələn yüklənmə 1,6 g çata bilər (Chiron modelində bu göstərci 1,5 g-dir). Hiperkarın maksimal sürəti 380 km/saat həddində məhdudlaşdırılıbdır.

Bugatti Divo standart Chiron modelindən 35 kiloqram yüngüldür. Çəkinin azaldılması yüngülləşdirilmiş təkər disklərinin, inturkulerin karbondan hazırlanmış qapağı, ön diffuzorun çəpərciklərinin bərkitməsi, daha az izolyasiya materialından istifadə və daha yüngül audiosistem sayəsində mümkün olubdur.

Bundan başqa, hiperkar mərkəzi konsol və qapılardakı xırda əşyaların saxlanması üçün bölmələrdən məhrum olub. Bugatti Divo hiperkarının güc aqreqatı Chiron modelində quraşdırılan mühərriklə eynidir. Hiperkar 1500 at qüvvəsi və 1600 Nm fırlanma anı hasil edən d[rd turbokompressorlu 8,0-litrlik W16 mühərriki ilə hərəkətə gəlir. Bugatti şirkəti Divo modelinin dinamik xarakteristikalarını açıqlamayıb.

Yeni hiperkarın təqdimatı zamanı Bugatti şirkətinin rəhbəri Stefan Vinkelman cəmi 40 ədəd Divo hiperkarının buraxılacağını bildirib. O, həmçinin hər birinin qiyməti beş milyon avro olan bütün hiperkarların satıldığını da qeyd edib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt