Bugatti şirkəti də ikinci modeli buraxmaq haqqında düşünür. Fransız markasının rəhbəri Stefan Vinkelmanın sözlərinə görə, yeni avtomobil Chiron modelinin əlçatan alternativi və gündəlik istismar üçün daha əlverişli olacaqdır. Bundan başqa, yeni avtomobil Bugatti markasının ilk elektrokarı ola bilər.

Bugatti Divo

Hələlik yeni modelin hansı platformada inşa ediləcəyi və onun güc aqreqatının xarakteristikaları açıqlanmyıb. Bugatti rəhbərliyi elektrokarda dinamika və komfort arasında balansı saxlamağa ümid edir. Əlbəttə ki, sürət daha çox hiperkar üçün vacibdir. Şirkət belə modelin bazar perspektivlərini təhlil etməyə başlasa da, yeni modelin debüt tarixini açıqlamaqdan çəkinib.

Chiron Sport 110 ans Bugatti

Hazırda Bugatti şirkətinin model xətti yeganə Chiron modelindən ibarətdir. Hiperkar adi, Chiron Sport və yubiley Chiron Sport 110 ans Bugatti versiyasında buraxılır. Bütün Chiron modelləri 1500 at qüvvəsi və 1600 Nm fırlanma anı hasil edən 8,0-litrlik W16 turbomühərriki ilə təchiz edilirlər. Chiron hiperkarının bazasında 40 nüsxəlik məhdud saylı tirajla buraxılacaq ekstremal Divo hiperkarı və yeganə nüsxədə buraxılmış La Voiture Noire inşa edilib. 

Bugatti La Voiture Noire