ValuePenguin saytı Nyu York avtosalonunda təqdim edilmiş yeni modellərin qeyri-adi nöqteyi nəzərdən təhlilini həyata keçirib. Amerikalı eksperlər yeni avtomobillərin illik sığortala xərclərini müqayisə ediblər.

Belə ki,  Mercedes-Benz GLC 300 Coupe modeli üçün sığarta məbləği ildə 1.842 ABŞ dolları təşkil edib. Lincoln Corsair üçün isə, sığortaçılar 1.605 dollar tələb ediblər. Hyundai Venue – 1.250, Ford Escape üçün isə 1.051 dollar sığorta ödənişi həyata keçirmək tələb olunur. Lakin, bütün bunlar Bugatti Chiron Sport 110 ans hiperkarı üçün tələb edilən məbləğin yanında uşaq oyuncağıdır.

Məlumdur ki, Bugatti markasının 110 illik yubileyi şərəfində buraxılmış hiperkarın ABŞ-dakı satış qiyməti 3.260.000 dollardır. Müvafiq olaraq, hiperkarın illik sığortası üçün 50.251 dollar tələb edilir. Bu məbləğə iki Hyundai Kona krossoveri almaq və onların sığortasını ödəmək də olar.