Bugatti şirkətinin rəhbəri Ştefan Vinkelmann fransız markasının krossover buraxmayacağını rəsmən bildirib. Hiperkar istehsalçısının ikinci modelinin buraxılacağı barədə şayiələr son bir neçə ayda hər kəsin dilində idi. Lakin, artıq qəti qərar qəbul edilib.

Yeri gəlmişkən, bir müddət buna bənzər bəyanatla McLaren Automotive şirkəti də çıxış edib. Bununla belə, Bugatti markası öz model xəttini W16 mühərriki ilə təchiz edilmiş sedanla da genişləndirə bilər. Artıq dəbdəbəli krossoverlər seqmentində Bentley Bentayga və Rolls-Royce Cullinan modellər təklif edilir. İdman krossoverlərinə gəlikdə isə, Lamborghini Urus, gələcək Aston Martin DBX və Ferrari Purosangue modellərini göstərmək olar.

Vinkelmannın bildirdiyinə görə, Bugatti sahiblərinin əksər hissəsi 1927-ci ilin Bugatti Royale modeli ruhunda sedanın buraxılmasını arzulayır. Xatırladaq ki, bir müddət bundan öncə, fotocəsuslar Bugatti şirkətinin dayanacağında sedan kuzovlu avtomobilin fotoşəklini çəkmişdirlər.