Bugatti şirkətinin model xəttində ikinci model peyda ola bilər. Yeni model Chiron və trek üçün hazırlanmış Divo hiperkarından ciddi şəkildə fərqlənə bilər. Bugatti şirkətinin rəhbəri Stefan Vinkelmann fransız markasının bu addıma hazır olduğunu bildirib.

Böyük ehtimalla, bu model sedan deyil, superofrouder ola bilər.

Car Advice nəşrinə müsahibəsində Vinkelmann yeni modelin inşası üçün əlavə sərmayənin tələb olunduğunu bildirib. Hazırda əsas çətinlik də elə bundadır. Bunun səbəbi fransız markasının sahibi olan Volkswagen qrupunun vəsaitləri aktiv şəkildə elektromobil və avtonom texnologiyalara yönəltməsidir.

Vinkelmannın bildirdiyinə görə, Bugatti sahiblərinin əksər hissəsi 1927-ci ilin Bugatti Royale modeli ruhunda sedanın buraxılmasını arzulayır. Xatırladaq ki, bir müddət bundan öncə, fotocəsuslar Bugatti şirkətinin dayanacağında sedan kuzovlu avtomobilin fotoşəklini çəkmişdirlər. Bununla belə, ofrouderin istehsalı maliyyə cəhətdən daha sərfəli görünür. Bu səbəbdən də Bugatti hələlik kuzov seçimi sahəsində tərddüd edir.