ABŞ-da satılan Buick modellərinin əksər hissəsini krossoverlər təşkil edir. Məlum məsələdir ki, təklif edilən krossoverlər çeşidinin zənginləşdirilməsi, avtomatik olaraq gəlirləri artırmaq deməkdir. Bir ay bundan öncə Çində debüt etmiş Buick Encore GX modelinin ABŞ-da da təklif edilməsi məhz bu məqsədə qulluq edir.

Yeni krossover amerikan istehsalçısının model xəttində Encore və Envision modellərinin arasında yer alacaqdır. Şəkillərdən də göründüyü kimi, yeni krossover “çinli” əkizindən bir neçə dekor elementi ilə fərqlənəcəkdir.

Image alt Image alt Image alt Image alt

Bundan başqa, Buick ilk dəfə olaraq avtomobilin interyerinin şəklini dərc edib. Buick Encore GX modeli analoq cihazlar panelinə, müasir mediasistemə, proyeksiya displeyinə, ikizonalı klimat-kontrola və elektromexaniki dayanacaq əyləcinə sahib olub. Dairəvi görüntü kameraları və zolaqda saxlama sistemiləri də əlavə avadanlıq siyahısına daxil edilibdir.

Avtomobil haqqında geniş məlumat onun satışlarının başlanılması zamanı veriləcəkdir.Satışlara isə 2020-ci ilin əvvəlində başlanacaqdır.