Buick şirkəti krossoverlər seqmentində olan güclü oyunçulardan biri olmaq niyyətindədir. Artıq amerikan istehsalçısı yeni nəsil Encore modelinin sınaqlarına başlayıbdır. Bundan başqa, istehsalçı 3 oturacaq cərgəsinə malik olan naməlum ofrouderin də testlərini davam etdirir.

GM Authority saytının məlumatına görə, 11 dekabrda Buick yeni əmtəə nişanını qeydə alıb. Çox güman ki, qeydə alınmış Enspire adı da yeni krossoverə qismət olacaqdır. Xatırladaq ki, cari ilin aprel ayında nümayiş etdirilmiş konsept də eyni adı daşıyırdı.

Buick Enspire Concept 500 at qüvvəli elektromotor və 600 kilometrlik yürüyüşü təmin edən batareya ilə təchiz edilmişdir. Yeni Buick krossoverinin Cadillac XT modelinin platformasında inşa ediləcəyi də söylənilir. Bu platformadan həmçinin Chevrolet Malibu, Buick Regal və Opel İnsignia modelinin istehsalında istifadə olunur. Enspire modelinin kupe-krossover kuzovu ilə buiraxılacağı da istisna olunmur.

Image alt Image alt Image alt