Bu ilin payızında, ABŞ-da fəaliyyət göstərən Cadillac dilerləri yenilənmiş CT4 və CT5 sedanlarına və onların V-Series idman modifikasiyalarına sifarişlərin qəbuluna başlayacaqlar. Modellərin standart avadanlıqlar syahısına Teen Driver valideyn nəzarəti kompleksi və təhlükəsizlik kəməri bərkidilmədikdə öötürmələr qutusunun selektorunu "Drayv" rejiminə keçirməyə imkan verməyən Buckle to Drive kompleksi əlavə edilib.

Bundan başqa, əlavə ödənişlə 12-düymlük rəqəmsal cihazlar panelini, 2021-ci ildən başlayaraq isə, bahalı versiyalar üçün, məcburi zolaq dəyişdirmə funksiyası olan Super Cruise şosse avtopilotunu sifariş etmək mümkün olacaqdır.

2021-ci ilin Cadillac CT4 Sport və CT5 Sport modelləri üçün opsional V Performance paketi təklif ediləcəkdir. Bu dəstin tərkibinə daha sərt asqı, adaptiv amortizatorlar, differensialın mexaniki kilidlənməsi və öndə sabit supportları olan Brembo əyləc mexanizmləri daxildir.

İnteryerdə Diamond Sky paketinin mövcudluğuna təkcə boz dəri ilə üzlənmiş oturacaqlar deyil, həm də pedallardakı metal örtmələr işarə edir. Üstəlik, CT4 sedanını orijinal Centaurus alüminium dekoru, CT5 sedanını isə, əsl ağacdan hazırlanmış Galaxy işləmələri ilə təchiz etmək təklif olunur. Adi modifikasiyaların opsiayalar siyahısında belə dekor yoxdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bundan başqa, Premium Luxury təchizatına sahib olan CT4 və CT5 sedanları üçün Diamond Sky üslub paketi təklif edilir. Belə opsiyaya malik olan avtomobillər arxa diffüzör də daxil olmaqla, Diamond Sky metal rənginə boyanır, dəyişdirilmiş radiator barmaqlığı, təkər diskləri və arxa fənərləri ilə təchiz edilirlər. Diamond Sky paketini mavi rəngli Brembo V Performance əyləcləri sayəsində də tanımaq olar.

Belə avtomobillərin salon tərtibatında  qeyri-adi delikli Sky Cool Grey dəri və orijinal dekordan istifadə edilir. V-Series təchizat səviyyəsinə malik olan sedanlara gəldikdə isə, onlar daha keyfiyyətli dəri ilə üzlənmiş sükan çarxı ilə təchiz edilirlər. Cadillac CT4-V modelində isə alüminium dekor karbondan işləmələrlə  əvəz edilib.