Cadillac şirkəti CT5 sedanını bir müddət bundan öncə nümayiş etdirsə də, avtomobilin ölçüləri və texniki hissəsi barədə məlumat verməmişdi. Amerikan istehsalçısı Nyu Yorkda işinə başlamış avtosalonda bu çatışmamazlığı aradan qaldırıb.

Cadillac CTS sedanını əvəzləmiş liftbekin qabarit ölçüləri alman üçlüyündən olan əsas rəqibləri – Audi A6, BMW 5 Series və Mercedes Menz E-Class modelləri ilə üst-üstə düşür. Cadillac CT5 modelinin qabarit uzunluğu 4924, təkər bazasının uzunluğu isə 2947 millimetrdir. Liftbek öndə McPherson dayaqlarına, arxada isə çoxqollu asqıya malikdir. Standart olaraq avtomobil arxadan çəkişlidir. Lakin, onun inşa edildiyi Alpha platforması tam çəkişli transmissyanın da quraşdırılmasını dəstəkləyir. Sükan mexanizminin elektrik gücləndiricisi reykada yerləşir.

Cadillac CT5 Sport

Cadillac CT5 üçün baza mühərriki rolunda 241 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrik çıxış edir. İkinci, 3,0-litrlik V6 turbomühərriki 340 at qüvvəsi və 400 Nm fırlanma anı təklif edir. Hər iki mühərrik birbaşa çiləməyə malikdir və 10-pilləli avtomatik qutu ilə tandemdə çalışırlar. Sonuncu dəyişikliklərə əsasən bu modellər 350T və 400T indekslərinə sahibdirlər.

CT5 liftbeki üç tərtibat səviyyəsində - Luxury, Premium Luxury və Sport, - təklif edilir. Sonuncu iki modifikasiya üçün Platinum dəstini də sifariş etmək olar. Standart olaraq, liftbek 10-düymlük sensorlu displeyi olan multimedia sistemi, masaj funksiyası olan ön oturacaqlar, arxa görüntü kamerasının displeyi olan salon güzgüsü, hava ionizatoru, baqajın toxunuşsuz açılması, sükanın qızdırılması, iqlim sistemnini avtomatik tənzimləmə funksiyası olan Adaptive Remote Start sistemi, avtomatik əyləcləmə və öndən toqquşmaları xəbərdar edən sistem, oturacaqların qızdırılması və havalandırması ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Əlavə ödənişlə, Şimali Amerikanın bəzi trassalarında sükana toxunmamağa imkan verən Super Cruise avtopilotu (sistem sürücünün baxışını sükan qolunda olan infraqırmzı kamera vasitəsi ilə izləyir) da daxil olan elektron yardımçılar dəstini sifariş etmək olar. Əgər sürücü uzun müddət önə baxarsa sistem onu işıq və səs siqnalları, həmçinin oturacağın Safety Alert vibrasiya sistemi ilə xəbərdar edir.

Yeni Cadillac CT5 modeli Miçiqan şatatındakı Lansing Grand River zavodunda istehsal ediləcəkdir. Şirkət avtomobilin qiymətini istehsal başlanan zaman açıqlayacağını bildirib. Yeni modelə sifarişlər payızda qəbul olunacaqdır.