Cadillac şirkəti Detroytda işinə başlamış avtosalonda ilk elektromobilinin təsvirini nümayiş etdirib. Adı açıqlanmayan elektrokarın krossover olduğu aydın görünür. Təsvirlərdəki elektromobil Cadillac XT5 modelinin üslubunda olan dinamik siluetli eksteyerə sahibdir.

Elektrokar General Motors tərəfindən xüsusi olaraq elektromobillər üçün yaradılmış yeni platformada inşa ediləcəkdir. Cadillac şirkətinin prezidenti Stiv Karlayl yeni modelin “dəbdəbə və innovasiyaları özündə cəmləyəcəyini” bildirib.

Amerikan istehsalçısı bu platformada müxtəlif kuzovlara malik olan avtomobillər xəttinin inşa ediləcəyini də qeyd edib. Yeni arxitektura istənilən çəkiş sisteminə malik olan avtomobillərin əsasını qoymağa yardım edəcəkdir. Avtomobilin adı və onun texniki xarakteristikaları konseptin rəsmi debütü zamanı açıqlanacaqdır.