Cadillac şirkəti Blackwing seriyasından olan CT4-V və CT5-V idman sedanlarının təchiz ediləcəyi təkər disklərinin ilk rəsmi görüntüsünü yayımlayıb.

CT4 və CT5 modellərinin yüksək məhsuldarlıqlı versiyalarının interyerinin bir neçə tizerindən sonra, Cadillac şirkəti Blackwing sedanları üçün nəzərdə tutulmuş maqneziumdan hazırlanmış təkər disklərini təqdim edib: bu, gələcək Blackwing xəttindən olan avtomobilin eksteryerinin ilk rəsmi görünütüsüdür. Görüntülərdə maqneziumdan hazırlanmış və nazik milləri olan təkər diskləridir. İstehsalçı, döymə maqnezium disklərinin Blackwing seriyası üçün eksklüziv olacağı bldirilir - bu diskləri yalnız CT4-V və CT5-V sedanları alacaq və "mülki" modellər üçün əlçatan olmayacaqdır.

Döymə maqnezium xəlitəli təkər diskləri alüminium analoqlardan daha yüngüldür ki, bu da ressoraltı kütlələri və ətalət anını əhəmiyyətli dərəcədə azaldır - bu, əyləcləmə məsafəsi, sürətlənmə dinamikası və ümumiyyətlə idarəetmə üçün çox vacibdir. Maqnezium eyni zamanda bütün metalların ən yüksək çəkiyə sərtlik nisbətinə malikdir və bu səbəbdən Formula 1, MotoGP və World Endurance Championship çempionatlarında iştirak edən avtomobillərdə məhz maqneziumdan hazırlanmış disklərdən istifadə olunur.

Cadillac CT4-V Blackwing və CT5-V Blackwing sedanlarının 2021-ci ilin yayında satışa çıxarılması nəzərdə tutulub.