Cadillac şirkəti ofrouderlər xəttini genişləndirməyə davam edir. Bu gün işinə başlamış Detroyt avtosalonunda amerikan istehsalçısı Cadillac XT6 modelini təqdim edib. Yeni model üç oturacaq cərgəsinə və V6 mühərrikinə sahib olub.

Cadillac XT6 modelinin qabarit uzunluğu 5050 millimetr, eni - 1964 millimetr, hündürlüyü 1750 millimetrdir. Ofrouderin təkər bazasının uzunluğu 2863 millimetr, klirensi isə 169 millimetr təşkil edir. Cadillac XT6 modelinin baqaj bölümünün həcmi 356 litr təşkil edir. Üçüncü cərgənin qatlanması halında bu rəqəm 1220 litrlə, ikinci cərgənin qatlanması ilə isə, 2228 litrə qədər artır. Üçüncü cərgəyə girişi asanlaşdırmaq üçün, ikinci cərgə uzununa tənzimlənməyə sahib olub.

Yeni ofrouder 310 at qüvvəsi və 373 Nm fırlanma anı hasil edən 3,6-litrlik V6 mühərriki və doqquz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir. Qənaətciliyi təmin edilməsi məqsədi ilə mühərrikin silindrlərin bir hissəsi söndürülə bilər.

Cadillac XT6 iki versiyada təklif edilir: Premium Luxury və Sport. Birinci modifikasiya öndən və ya tam çəkiş sistemi ilə təklif edilir. İdman modifikasiyası isə tam çəkişlidir. Eyni zamanda avtomobillər tərtibat materialları ilə fərqlənirlər.  Cadillac XT6 standart olaraq 20-düymlük təkər diskləri ilə təchiz edilsələr də, X6 Sport modifikasiyası 21-düymlük disklərlə təklif olunur. Bundan başqa, Sport modifikasiyasının ötürmələr qutusu «idman» tənzimləmələrinə malikdir.

Altıyeri Cadillac XT6 modelinin təchizatına işıqdiodlarından fənərlər, 8-düymlük sensorlu ekranı olan multimedia sistemi, 4G LTE Wi-Fi rabitəsini dəstəkləyən giriş nöqtəsi, smartfonların induksion doldurulması, 14 dinamikli Bose səs sistemi daxil edilibdir. Bundan başqa, ofrouder arxa görüntü kamersanıa, avtomatik təcili əyləcləmə funksiyasına, ön və arxa parktroniklərə, kor zonalara nəzarət və zolaqda saxlama funksiyasına, arxaya hərəkət zamanı çarpaz hərəkət barədə xəbərdarlıq sisteminə və sürət məhdudlaşdırıcısına malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Modelin əlavə avadanlıq siyahısına adaptiv kruiz-kontrol, avtomatik parklama sistemi, arxadakı piyadalar barədə xəbərdar edən sistem, dairəvi görüntü sistemi, proyeksiya displeyi və gecə görüntü sistemi daxil edilibdir. 

Cadillac XT6 modeli bu ilin yazında satışa çıxarılacaqdır.