Polşanın Carlex Design tüninq atelyesi Ferrari 812 Superfast superkarının interyerini yenidən üzləyib. Atelye mütəxəssisləri standart oturacaqları, idarəetmə orqanlarını və qapı kartlarını qoruyub saxlayaraq təmkinli tərtibat materiallarını yüksək keyfiyyətli dəri və zamşa ilə əvəzləyiblər.

Carlex Design dizaynerləri salon tərtibatında qara dəri və alkantaradan istifadə ediblər, üstəlik, yüksək keyfiyyətli materiallardan təkcə oturacaqların üzlənməsi üçün deyil, həm də ön paneli, qapıların və mərkəzi tunelin tərtibatı üçün də istifadə ediblər.

Ağ və sarı rəngli dəridən işləmələrlər, sarı rəngli təhlükəsizlik kəməri və tikişlər superkarın interyerini “canlandırmağa” xidmət edirlər. Sükan çarxı da karbondan elementlərə sahib olub.

Carlex Design tərəfindən hazırlanan Ferrari 812 Superfast modelinin salonunda modelin və atelyenin adı həkk edilmiş lövhəciklər kimi firma elementləri də mövcuddur, lakin atelyenin adı heç də önə çıxardılmayıb – superkar orijinal Ferrari loqotiplərini qoruyub saxlayıb, odur ki, fərdiləşdirilmiş interyeri zavod versiyası ilə səhv salmaq olar.

Carlex Design atelyesi superkarın eksteryerinə və texniki hissəsinə müdaxilə etməyib: zahiri cəhətdən superkar digər Ferrari 812 Superfast modellərindən heç nə ilə fərqlənmir. Onun kapotunun altında 800 at qüvvəsi və 718 Nm fırlanma anı hasil edən 6,5-litrlik V12 atmosfer mühərriki yerləşir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Carlex Design veb saytında Ferrari 812 Superfast modeli aparılmış işlərin qiyməti açıqlanmayıb. Potensial müştərilər polyak tüner ilə birbaşa əlaqə saxlamalı olacaqdırlar. Digər tərəfdən qiymət siyahısının olmaması, italyan superkarının konkret müştərinin sifarişinə əsasən hazırlanması ilə əlaqədar ola bilər.