Bu gün səhər Melburnda Formula 1 çempionatının direktoru Çarli Uaytinq vəfat edib. 66 yaşlı Uaytinqin ölümünə çiyər arteriyasının emboliyası olub. Xatıraladaq ki, Formula 1 çempionatının ilk Qran Prisi olan Avstraliya mərhələsinin başlanmasına cəmi üç gün qalır.

Çarli Uaytinq Formula 1 çempionatındakı karyerrasını 1977-ci ildə Hesketh komandasında başlayıb. Sonra isə o, 1980-ci ildə Brabham komandasına keçib. O, 1988-ci ildən Federasiyada işə başlayandan sonra bu çempionatın təşkilinində böyük xidmətlər göstərib. 1997-ci ildən Çarli Uaytinq çempionatın yarış direktoru işləyirdi.

"Mən böyük kədər hissi ilə Çarlinin vəfat etdiyini öyrəndim. Mən Çarlini uzun illərdir ki, tanıyıram, o, möhtəşəm yarış direktoru və Formula 1 yarışlarının ayrılmaz tərkib hissəsi, mərkəzi və təkrarolunmaz fiqurlarından biri idi. Çarli bu fantastik idmanının etikasının və ruhunun təcəssümü idi.

Formula 1 sadiq dostunu və xarizmatik səfiri itirib. Mənim, FIA-nın əməkdaşlarının və bütün avtoidman aləmi onun ailəsinin və dostlarının, Formula 1 azarkeşlərinin kədərini bölüşür”.