Ford Motor Company premium avtomobillər kimi təqdim etdiyi Vignale ailəsindən olan modellərin sayını artırmaq qərarına gəlmişdir. Əvvəllər Vignale adını daşıyan iki model mövcud olduğu halda, artıq bu siyahıya dörd avtomobil də daxil edilmişdir. Beləliklə, Vignale ailəsinin üzvlərinin sayı altıya çatmışdır. Vugnale ailəsinin yeni üzvlərinin rəsmi təqdimatı dünən işinə başlamış Cenevrə avtomobil salonunda keçirilmişdir. Premium seqmentinə ayaq basmış dörd avtomobildən biriFord S-MAX minivenidir ki, modeli eksteryerin iki rəng tərtibatında - boz və ağ çalarda təqdim edilmişdir.

Ford S-MAX Vignale avtomobilinin salonunda bahalı sırıqlı dəri ilə örtülmüş dəbdəbəli oturacaqlar və SYNC3 multimedia kompleksini müşahidə etmək olar.  Bu ailənin yeni fərdi olan Ford Edge krossoverinin kuzovu isə, ağ və «tünd ametist» rəngə boyanmış, həmçinin, orijinal radiator barmaqlığına və yeni iri diametrli təkər disklərinə yiyələnmışdir.

Bu ailənin ilk üzvü olan Ford Mondeo Vignale modeli, sedan və universal kuzovuna əlavə olaraq, hetçbek tipli kuzovlu modeli də öz sıralarına qatmışdır. 

Cenevrədə nümayiş etdirilmiş dördüncü Vignale modeli yenicə feysliftə məruz qalmış Ford Kuga krossoveridir. Kuga Vignale modelinin kuzovu ağ mirvari rənginə boyanaraq, yeni radiator barmaqlığı və dəri salonla təchiz edilmişdir. 

Sonuncü model olan Ford Kuga Vignale avtomobili digər üç avtomobildən fərqli olaraq Cenevrədə konsept statusunda nümayış etdirilmişdir. Avtomobilin seriya istehsalına başlanacağı tarix hələlik açıqlanmamışdır.    

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt
Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt
Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt
Image alt Image alt Image alt