Mitsubishi şirkəti yeni Eclipse Cross modeli üzərindəki sirr pərdəsini qaldırmişdir. Yeni krossover yapon istehsalçısının model cərgəsində Outlander krossoverindən bir pillə aşağıda qərarlaşacaqdır. Yeni krossoverin təqdimat mərasimi qarşıdan gələn Cenevrə avtosalonunda keçiriləcəkdir.

Mitsubishi Eclipse Cross modelinin dizaynı 2015-ci ildə XR-PHEV II konseptində nümayiş etdirilmiş dizayn üslubunda hazırlanmışdır. Seriya krossoveri prototipdən aerodinamik dəsti, qapı dəstəkləri və sadələşdirilmiş işıq texnikası ilə seçilir. Eyni zamanda, Eclipse Cross modeli konseptdən salondakı bir neçə dizayn elementlərini də irsən əldə etmişdir. Yeni krossover Outlander modelinin platformasında hazırlanmışdır. Eclipse Cross modeli arxada çoxdiskli muftası olan S-AWC tam çəkiş sistemi və elektronika idarə olunun ön differensialla təchiz etmişdirlər.

Model həmçinin dartma və əyləc qüvvəsini arxa təkərlər arasında bölüşdürən Active Yaw Control (AYC) sistemini əldə etmişdir.

Krossover xarakteristikaları açıqlanmayan 1,5-litrlik benzin turbomühərriki ilə hərəkətə gələcəkdir. Güc aqreqatının səkkiz pilləli ötürməni təqlin edən variatorla tandemdə çalışacağı bildirilmişdir. Benzin mühərrikinə alternativ olaraq, yeni səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə birgə çalışan 2.2-litrlik dizel mühərriki təklif ediləcəkdir. Eclipse Cross modelinin Avropadakı satışlarına bu ilin payızında start veriləcəkdir.

Sonradan avtomobilin Yaponiya, Şimali Amerkia və Avstraliya üçün nəzərdə tutulmuş variantları buraxılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt