Aston Martin şirkəti Cenevrədə Lagonda Vision elektrik konseptini nümayiş etdirib. Prototip 2021-ci ildən başlayaraq seriya avtomobillərində tətbiq ediləcək dizayn üslubundan xəbər verir.Elə həmin il britaniya markasının “yaşıl” xəttindən olan ilk model işıq üzü görməlidir.

Aston Martin Lagonda Vision konsept avtomobilinin güc qurğusu barədə məlumat verməyib. Lakin, avtomobilin təchizatına 640 kilometr yürüş etməyə imkan verən sərt gövdəli batareya dəstinin daxil olduğu məlumdur. Elektromobil həmçinin induksion doldurma standartlarını dəstəkləyir və fırlanma anını hər bir təkərə fərdi şəkildə ötürməyə imkan verən tam çəkiş sisteminə malik olub. Konseptin maraqlı xüsusiyyətlərindən biri tavanın yuxarı qalxan hissəsinin olmasıdır. Bu şüşə sayəsində avtomobilə giriş-çıxış daha asan olur. Ön oturacaqlar xüsusi dəstəklər üzərində oturdulubdur.

Onlar daha az yer tutur və ayaq zonasında məkanı tutmurlar. Logonda Vision elektromobilinin interyer tərtibatında karbonplastikdən, saxsıdan, yundan, kəşmirdən və ipəkdən istifadə edilibdir.

Elektromobil dördüncü səviyyə avtonom idarəetmə sistemi ilə də təchiz edilibdir. Pilotsuz rejimdə ön oturacaqlar yerində 180 dərəcə fırlanır və konsyerj xidmətinə daxil olmaya imkan verir. Sərnişinlən internetə qoşulmaq üçün xəttdən istifadə edə bilərlər. Hazırda Lagonda brendi altında Taraf sedanı buraxılır. VH platformasında inşa edilən avtomobil 565 at qüvvəsi və 630 Nm fırlanma anı hasil edən 6,0-litrlik V12 mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı səkkiz pilləli avtomatik transmissiya ilə tandemdə çalışır.

Lagonda Taraf 685 min funt-sterlinqə satılır.   

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt