Fiat şirkəti özünün 120 illik yubileyinin şərəfinə Centoventi konseptini hazırlayıb. İtalyancadan tərcümədə Centoventi «yüz iyirmi» kimi tərcümə olunur. Konsept uzunluğu 3,6 metr olan orijinal bir avtomobildir.

Konseptin əsas cəhəti fərdiləşdirmənin geniş imkanlarıdır. Söhbət nəinki eksteryer və interyerdən, həmçinin texniki hissədən də gedir. Fiat Concept Centoventi əlçatan elektrik avtomobilinin timsalıdır. Eelktromobilin ən bahalı hissəsinin aparıcı batareyalar olduğunu nəzərə alsaq, Centoventi modelində onlar qəsdən kiçik düzəldiliblər.

Prototipin yürüş ehtiyatı 100 kilometr təşkil edir. Lakin, bu həcmi artırmaq mümkündür - bunun üçün əlavə batareyaları almaq və ya icarəyə götürmək olar. Məsələn, məzuniyyətə yollanan zaman. Əlavə üç batareya altlıqda yerləşdirilir - onları xüsusi relslər vasitəsi ilə yerlərinə otuzdururlar. Daha bir batareyanı oturacağın altına yerləşdirmək olar. Bu yolla elektromobilin yürüş ehtiyatını 500 kilometrə qədər artırmaq olar.

Ehtimallara görə, belə elektrokar konveyerdən yeganə rənglə buraxıla bilər. Boz-mettalik rəngli avtomobilin hətta damı da olmaya bilər. Avtomobilin sahibi sonradan onu dilerdan alıb quraşdıra bilər. Dam dörd variantda ola bilər: parçadan olan qatlanan, polikarbonatdan hazırlanmış sərt, quraşdırılmış baqajı olan və quraşdırılmış günəş batareyaları olan adi sərt tavan. Bundan başqa, dörd bamperdən birini, disk qapaqlarını və kuzovun bəzədilməsi üçün rəngli örtükləri seçmək olar.

Beşinci qapıya monitor da yerləşdirmək olar - dayanacaqda bu monitorda sosial şəbəkələrdən gələn ismarıcları əks etdirmək və ya onu reklam üçün icarəyə vermək olar.

Texnoloji cəhətdən mürəkkəb əməliyyatları yalnız dilerin servisində həyata keçirmək olar. Məsələn, monitoru olan beşinci qapını, sərt damı, iri 20-düymlük cihazlar panelini və ya əlavə batareyanı.

Qalan işləri avtomobilin sahibi müstəqil şəkildə görə bilər. Məsələn, qapı ciblərini, kağız saxlayanları, stəkanaltıları, səs sistemini, oturacaqların örtüyünü, sağ ön oturacağı yük qutusuna vaxud uşaq oturacağına dəyişmək olar. Ön paneldə yüzlərlə bərkitmə dəlikləri ilə təchiz edilibdir - yeni aksessuarları Lego blokları kimi quraşdırmaq olar.

Fiat nümayəndələri aelektrokarın bazarda satılacaq ən ucuz avtomobilin olacağını iddia edirlər. Fiat Centoventi konseptinin Panda modelinin dördüncü nəslinin carçısı olacağı kimi görünür.