Kia şirkəti Cenevrədə Imagine by Kia adlı konsepti nümayiş etdirib. Bu konseptin ön panelində 21 displey yerləşdirilib. Marka nümayəndələri bu konseptin, dəbə uyğun olaraq, multimedia sisteminin displeylərini artıran markalara “zarafatcıl cavab zərbəsi” olduğunu bildiriblər.

Konsept koraya markasının ilk dördqapılı elektrokarıdır. Dizaynerlər “pələng burnu” adlandırılan firma radiator barmaqlığını dəyişiblər. İndi barmaqlıqdan fənərlərin LED elementləri keçir. Yaxın və uzaq işıqların modulları vahid akril şüşənin altında cəmləniblərş Arxa işıq texnikası isə Stinger modelini xatırladır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Imagine by Kia protoipinin kuzovu altı qatlı gümüşü “xrom” rəngi ilə boyanıb və bürünc örtük ilə üzlənibdir. Alın şüşəsi və dam paneli vahid şüşə təbəqədən hazırlanıbdır. Konsept 22-düymlük təkər disklərinə malikdir. Modelin texniki hissəsi barədə məlumat verilməyib. Konsept seriyaya getməyəcəkdir və sırf şou üçün hazırlanıb.