Neapolda fəaliyyət göstərən Puritalia Automobili şirkəti Cenevrə avtosalonundaözünün ikinci modelini – Berlinetta kupesini təqdim edib.

4,5 metrlik kuzova malik olan Puritalia Berlinetta modeli arxa çəkişə malikdir. Alüminium ramaltılara, karbon kuzova sahib olan avtomobil hibrid güc qurğusu ilə təchiz edilir. Ford Ti-VCT blokunun əsasında hazırlanmış 5,0-litrlik V8 mühərriki öndə təkər bazasının daxilində yerləşir. Mühərrik ötürməli kompressorla təchiz edilib. Güc aqreqatı 750 at qüvvəsi və 878 Nm fırlanma anı hasil edir. Arxa oxun yanında yerləşdirilmiş yeddi pilləli “robot” bir üçdiskli muftaya malikdir.

Avtomobil, differensialın korpusuna birləşdirilmiş Yasa firmasının elektromotoru ilə təchiz edilir. Elektromotorun hasilatı 215 at qüvvəsi və 370 Nm-dir. Differensial elektronika ilə idarələnən qapanmaya malikdir. Hibrid güc qurğusunun pik gücü 965 at qüvvəsi və 1348 Nm-dir.

Elektromotor 5,2 kilovat-saatlıq üç litium-ion-fosfat batareyalarından qidalanır. 700 voltluq cərəyanla işləyən əsas blok arxa hissədə, iki əlavə blok isə oturacaqların arxasında yerləşdirilib. İstehsalçı elektrik komponentlərin çəkisinin 90 kiloqram olduğunu iddia edir. Nəticədə, avtomobilin 1410 kiloqramlıq çəkisi oxlar arasında 50:50 nisbətində bölünüb.

Şirkət hibri qurğu üçün hazırladığı proqram təminatı ilə qürur duyduğunu bildirib və onu Purhydrive adlandırıb. Sistem dörd rejimə malikdir: Standart SuperHybrid, daha sərt - Sport, yarış – Corsa və sırf elektrik – E-Power. Tam dolu batareya ilə Berlinetta 20 kilometr qət edir. Hiperkar 100 km/saat həddinə 2,7 saniyəyə sürətlənir. Kupenin maksimal sürəti 335 km/saat həddində məhdudlaşdırılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Retrodizayna malik olmasına baxmayaraq, Berlinetta 12,3-düymlük virtual cihazlar paneli və 10-düymlük sensorlu displeyi olan multimedia sisteminə malikdir. Salon tərtibatında əsl dəridən və karbondan istifadə edilib.

 Hibrid kupeyə sifarişlər artıq qəbul olunur. Avtomobilin satış qiyməti vergilər nəzərə alınmadan 465 min dollardır. Baha qiymətin əsas səbəbi əl əməyinin geniş tətbiq edilməsindədir. Məsələn, hər bir kuzovun hazırlanmasına və rənglənməsinə 800 saat sərf edilir. Cəmi 150 ədəd Puritalia Berlinetta hiperkarı buraxılacaqdır. Onlardan onu altında karbon görünən kuzovun şəffaf örtüyünə malik olacaqdırlar.