SsangYong şirkəti yeni nəsil Korando modelini fevral ayında vətənində nümayiş etdirmişdi. Cenevrə avtosalonuna isə, Korando modelinin Avropada satılacaq variant təşrif buyurub. Üstəlik, istehsalçı avtomobil haqqında yeni məlumatları da dərc edib.

Məsələn, artıq avtomobilin qabarit ölçüləri məlumdur: yeni krossoverin uzunluğu 4452 millimetr, eni – 1870 millimetr, hündürlüyü isə, 1620 millimetrdir. Beləliklə, yeni model sələfindən 42 millimetr uzun, 40 millimetr enli və 55 millimetr alçaq olub. Modelin təkər bazası da 25 millimetr artaraq 2675 millimetrə bərabər olub.

Avropa bazarında satılacaq SsangYong Korando modeli fevralda təqdim edilmiş avtomobildən emblemləri ilə fərqlənir: vətənində avtomobil 90-cı illərdə istifadə edilmiş loqotiplərlə təchiz edilir. Avropa üçün avtomobilin standart təchizatına elektron yardımçıların tam siyahısı daxil edilibdir. Bu siyahıya avtomatik zolaqda saxlama və əyləcləmə funksiyaları da daxildir. Bütün avtomobillər alın şüşəsinin elektriklə qızdırılmasına sahib olacaqdırlar.

Sadə versiyalar analoq cihazlar paneli, marşrut kompyüterinin monoxrom ekranı və sadə audiosistemlə təchiz ediləcəkdirlər. Əlavə ödənişlə, 10,25 düymlük ekranı olan Blaze Cockpit virtual cihazlar panelini və 9,0-düymlük sensorlu displeyi olan multimedia sistemini sifariş etmək olar. Baqaj bölümünün həcmi 486-dan 551 litrə qədər artırılıbdır. İkinci cərgənin oturacaqlarının qatlanması halında bu rəqəm 1248 litrə qədər artır.

Image alt Image alt Image alt Image alt Image alt

Krossoverin mühərrik çeşidinə 136 at qüvvəsi və 324 Nm fırlanma anı hasil edən 1,6-litrlik turbodizel, həmçinin 163 at qüvvəsi və 280 Nm fırlanma anı hasil edən 1,5-litrlik GDi-Turbo benzin mühərriki daxil edilib. Hər iki aqreqat altı pilləli mexaniki və avtoamtik qutu ilə təchiz edilir. Standart olaraq Korando öndən çəkişli olacaq. Tam çəkiş sistemi avtomatik transmissiya ilə təchiz olunmuş modifikasiyalarda quraşdırıla bilər.

İlin sonunda SsangYong krossoverin elektrik versiyasını təqdim edəcəyinə söz verib. Koreyada krossover 19700 dollardan başlayan qiymətlər ilə satılır. Avtomobilin avropa bazarındakı satışlarına yayda start veriləcəkdir. Hələlik, satış qiymətləri səsləndirilməyib.