The Grand Tour şousunun aparıcısı Ceremi Klarkson ilin beş ən yaxşı avtomobilini açıqlayıb. Klarkson bu seçimi, Sunday Times nəşri üçün sınaqlarını keçirdiyi 28 avtomobilin arasından edib.

Beləliklə, Klarksonunun siyahısında birinci yeri Lamborghini Huracan Performante tutur. Aparıcı Sunday Times Motor Awards mwkafatının təqdimetmə mərasimində onu özünün ilin avtomobili adlandırıb. İkinci yerdə Porsche 911 GT2 RS superkarı qərarlaşıb. Ceremi avtomobili “Porsche markasının fanatı olmayan insandan qiymət almış parlaq sportkar” adlandırıb. 

Image alt Image alt Image alt Image alt Image alt

Klarksonun siyahısında üçüncü yer dörd ulduza layiq görülən Alpina B5 sedanına verilib. Aparıcının sözlərinə görə, B5 “ideal avtomobil adına maksimal dərəcədə yaxınlaşıb”. Dörd ulduz həmçinin Aston Martin Vantage və yeni Bentley Continental GT modellərinə də qismət olub.