Bu günlərdə avtomobil ovuna çıxmış cəsuslar yeni nəsil Mazda3 modelinin sınaq prototiplərinə rast gəliblər. Onlar avtomobilin salonuna da nəzər atmağa müvəffəq olublar.

Cəsusların əldə etdiyi görüntüləri isə Motor1 saytı dərc edib. Şəkillərdən də göründüyü kimi Mazda3 modelinin interyeri tamamilə yeni dizayna sahib olacaqdır. Salonda yeni sükan çarxı, multimedia sisteminin sürücüyə tərəf istiqamətlənmiş displeyi və cihazlar paneli quraşdırılıbdır.

Eyni zamanda, modelin mərkəzi konsolu, hava girişlərinin forması və yerləşməsi də dəyişikliklərə məruz qalıb. Ön panelin sərnişin hissəsində, son Audi və Volkswagen modellərində rast gəldiyimiz uzun formalı deflektorları da görmək olar.

Mazda3 modelinin dördüncü nəsli tamamilə yeni SkyActiv-Vehichle  arxitekturasında inşa olunubdur. Yeni arxitektura Mazda3 sahiblərinə tamamilə yeni hisslər yaşatmalıdır. Eyni zamanda, yeni model SkyActiv ailəsindən olan müasir mühərriklər ilə təchiz ediləcəkdir.

İlkin məlumata görə, Mazda3 dizel aqreqatlarında olduğu kimi yanacağı sıxılma ilə alışdıran SkyActiv-X benzin mühərrikinə sahib olacaqdır. 2,0-litrlik mühərrik 190 at qüvvəsi və 230 Nm fırlanma anı hasil edəcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt