Bu günlərdə Motor1 nəşrinin sərəncamına yeni nəsil Infiniti QX50 krossoverinin test prototipinin cəsus şəkilləri daxil olub. Avtomobilin zahiri görkəmi kamuflyajla örtülsə də, cəsuslara onun interyerinin şəkillərini cəkmək qismət olub.

Şəkillərdən də göründüyü kimi, krossoverin mərkəzi konsolunun dizaynı Q50 modeli ilə bənzərlik daşıyır. İki ekran, havalandırma sisteminin deflektorları sedanda gördüklərimiz ilə eyni formalara malikdirlər. Bundan başqa, son Audi və BMW modellərində olduğu kimi, pillələrin vəziyyətinin təsbit edilmədiyi ötürmələr qutusunun dəstəyini müşahidə etmək olar.

Krossoverin eksteryeri, yanvar ayında Detroyt avtosalonunda nümayiş etdirilmiş Infiniti QX50 konsept avtomobilinin üslubunda olacaqdır.

Xatırladaq ki, avtomobilin dizaynı may ayında internet şəbəkəsində peyda olan patent təsvirləri ilə açıqlanmışdı.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt