Görünən odur ki, Changan şirkəti CS35 Plus krossoverini yeniləməyə hazırlaşır. Bunu söyləməyə bu günlərdə yenilənmiş krossoverin İnternet şəbəkəsində peyda olan şəkilləri dəlalət edir. Yenilənmiş Changan CS35 Plus daha nazik fənərlər, iri radiator barmaqlığına, dəyişdirilmiş işıqları olan yenilənmiş arxa hissəyə və yeni bamperlərə sahib olub.

Yenilənmiş Changan CS35 Plus modelinin ölçüləri, demək olar ki, yenilənmədən əvvəlki modeli təkrarlayır. Yeni bamperlər sayəsində krossoverin uzunluğu 5 millimetr azalaraq 4330 millimetrə bərabər olub. Bununla belə, avtomobilin eni (1825 millimetr), hündürlüyü (1660 millimetr) və təkər bazası (2600 millimetr) dəyişilməyib.

Image alt Image alt Image alt Image alt

Mühərrik çeşidinə gəldikdə isə,CS35 Plus modeli 128 at qüvvəsi və 161 Nm fırlanma anı hasil edən 1.6-litrlik mühərriklə təchiz ediləcəkdir. Bu aqreqat beş pilləli mexaniki, altı pilləli Aisin "avtomatı" və ya variator ilə tandemdə çalışır. Maraqlıdır ki, restaylinqdən əvvəl krossoverin təchiz edildiyi 158 at qüvvəli 1.4-litrlik turbomühərrik haqqında məlumat yoxdur – Bu mühərrikin yeni benzim aqreqatı ilə əvəzlənəcəyi ehtimal olunur.

İlkin məlumata görə, salonda yeni sükan çarxı, modernləşdirilmiş mərkəzi konsol, dəyişdirilmiş ventilyasiya deflektorları olan yenilənmiş ön panel, yenilənmiş media sistemi və virtual cihazlar paneli peyda olacaqdır. Yenilənmiş Changan CS35 Plus krossoverinin rəsmi debütü 2021-ci ildə baş tutacaqdır. Çox güman ki, Changan CS35 Plus modeli bizim bazarda artıq yenilənmiş versiyada debüt edəcəkdir.