Changan şirkəti yenilənmiş CS95 krosoverini təqdim edib. Avtomobilin eksteryeri və interyeri dəyişikliklərə məruz qalıb. Beş metrlik uzunluğa malik olan avtomobil yenilənmədən öncə Land Rover və Range Rover modellərini xatırladırdı.

Şirkətin dizayneri avtomobili yeniləyən zaman, ona markanın son dizayn üslubunu tətbiq etməyə çalışıblar. Changan CS95 modelinin radiator barmaqlığı və ön bamperi yeni CS85 və CS15 modelərinin üslubunda dizayn edilib. Eyni zamanda, qara rəngli «yolsuzluq» dəsti də yoxa çıxıb - təkər tağları və kandarlar artıq kuzov rənginə boyabır. İşıqdiodlarından hazırlanmış arxa fənərlər bütöv zolaqla biləşdirilib. Təkər disklərinin ölçüsü 18-dən 19 düymə qədər artırılıb.

Salon tamamilə yenilənibdir: təkcə ön panel deyil, hətta qapı dəstəkləri və mərkəzi tonnelin örtüyü də dəyişidirilib. Analoq cihazlar paneli yerini 10,25-düymlük virtual displeyə verib, multimedia sisteminin displeyi 12,3-düymlük taçskrin ekranla əvəzlənib. Əvvəlki kimi, opsiyalar siyahısında üçzonalı klimat-kontrol, ön oturacaqların elektriklə tənzimlənməsi, dairəvi görünyü kameraları, adaptiv kruiz-kontrol və şüşə tavan da vardır. Ən bahalı təchizat səviyyəsi bütün oturacaqların nappa dərisi ilə örtülməsi və rəngin rəvan dəyişdirilməsinə malik olan salonun ətraf oşıqlandırması ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt

Texniki cəhətdən Changan CS95 texniki cəhətdən dəyişməyib. Model əvvəlki kimi 233 at qüvvəsi və 360 Nm fırlanma anı hasil edən 2,0-litrlik Blue Core mühərriki və altı pilləli avtomatik qutu ilə təchiz edilir. Ötürmə öndən və ya arxa oxu qoşan muftası olan tam çəkiş sistemidir.

Yenilənmiş krossoverlər çin bazarında bu ilin ikinci rübündən satılmağa başlayacaqdır. Restaylinqdən əvvəlki krossover 24-34 min dollar arasındakı qiymətlərlə satılırdı.