Chevrolet şirkəti Quançjouda keçirilən avtosalonda FNR-CarryAll konseptini təqdim edib. Krossover amerikan markasının Camaro üslubunda xarici görkəmə malik olan ikinci modelidir. Konseptin adı Find New Roads («Yeni yollar açın») devizi və 1935-ci ildə təqdim edilmiş ilk Suburban modelinin daşıdığı Carryall sözlərinin vəhdətini təşkil edir.

Əslində FNR-CarryAll uzadılmış Blazer modelidir desək yanılmarıq. Konseptin qabarit uzunluğu 5,0 metr, eni - 2,2 metr, hündürlüyü isə 1,7 metrdir. Konseptin təkər bazasının uzunluğu 2867 millimetr təşkil edir. Bazanın genişlənməsi avtomobili üç oturacaq cərgəsi ilə təchiz etmək imkanı verib.

Chevrolet FNR-CarryAll modelinin əsas cəhətləri Pearl Black kuzov rəngi, «bumeranq» formalı arxa dayaqlar, panoram tavan, havalandırma kəsikləri olan karbon kapot və dam, 22-düymlük təkər diskləri və Brembo karbon-saxsı əyləc mexanizmləridir.  

Salonda 12-düymlük rəqəmsal cihazlar paneli, 10-düymlük mərkəzi displey, ikinci cərgənin sensorlu paneli, dəri və zamşa ilə üzlənmiş idman oturacaqları, ətraf işıqlandırması, arxa cərgənin sərnişinlərinin klimat-kontrol bloku quraşdırılıbdır.

Image alt Image alt Image alt Image alt