Bu gün Chevrolet şirkəti Corvette modelinin səkkizinci nəslini təqdim edib. Qeyd etmək lazımdır ki, yeni Corvette ortamühərrikli quruluşa malik olub. Əslində, ortamühərrikli Corvette ideyasının əsası 57 il bundan öncə qoyulsa da, onun reallaşdırılması bu gün mümkün olub. Corvette C8 bu modelin tarixində inqilab edib, özü də bu inqilab təkcə quruluşla məhdudlaşmır - o, asqı və transmissiyanı da əhatə edib.

Yeni Corvette Stingray - şablona dönmüş proporsiyaların darmadağın edilməsidir. Məsələn, salon əvvəlki önmühərrikli avtomobillə müqayisədə 400 mm ön tərəfə çəkilib. Yeni sportkarın kuzovu əsasən alüminiumdan hazırlanmış möhkəm karkas və onun üzərinə asılmış şüşəplastik panellərdən ibarətdir. 

Daha yüngül və möhkəm karbonplastikdən hazırlanmış köndələn tir arxa bamperin altında gizlədilib. Əvvəl olduğu kimi, standart Stingray çıxarılan damı olan tarqadır. Çıxarılmış dam panellərini baqaj bölümündə yerləşdirilir. Yəqin ki, Corvette sportkarının işıq texnikasının tamamilə işıqdiodlarından hazırlandığını söyləmək gərək deyil.

Chevrolet Corvette  oturacaqların arxasında uzununa yerləşdirilmiş 6,2-litrlik səkkiz silindrli atmosfer mühərriki ilə hərəkətə gəlir. LT2 adlandırılmış mühərrik, LT1 aqreqatının təkmilləşdirilmiş versiyasıdır. Yeni mühərrik yanacağın birbaşa çilənməsi sisteminə, 16 klapana, silindrlərinin yarısının söndürülməsi sisteminə və ilk dəfə olaraq quru karterli yağlama sisteminə sahib olub. Sonunci sistem 1g gücündən artıq olan köndələn yüklənmələr zamanı yağ çatışmamazlığını aradan qaldırmağa imkan verir. Yeni LT2 mühərrikinin hasilatı 502 at qüvvəsi və 637 Nm-dir.

Transmissiyaya gəldikdə isə, mexaniki qutu və «avtomatı» yaddan çıxarın! Ortamühərrikli Stingray alternativsiz olaraq iki yaş muftası və səkkiz pilləsi olan preselektiv «robotu» ilə təchiz edilir. Yeni transmissiya Tremec firması ilə birlikdə yaradılıb. 

Bundan başqa, yeni sportkar tamamilə yeni şassiyə malik olub. Bu modelin tanınan elementi olan köndələn ressorlar nəhayət ki təqaüdə göndəriliblər. Yeni Stingray yayları olan ikiqollu asqı sisteminə sahib olub. Əlavə ödənişlə, avtomobilin ön hissəsini 50 mm qaldırmağa imkan verən qabaq amortizatorları sifariş etmək olar.

Corvette Stingray modelinin sükan mexanizmi daha «qısa» və ən əsası 50% daha iti olub. Bu, avtomobilin idarəedilməsini yaxşılaşdırmalıdır. Əyləc sistemi elektrik gücləndiricisinə, dördporşenli əyləc mexanizmlərinə, arxada isə qeydə alınmış pərçimlərə sahib olub.  Hərəkət elektronikasının Weather, Tour, Sport və Track rejimlərinə MyMode və Z rejimləri əlavə edilib. Z rejiminin yeyin aktivləşdirilməsinə sükan çarxındakı xüsusi düymə cavabdehdir.

Yeni Corvette Stingray ilə birlikdə trek üçün nəzərdə tutulmuş Z51 Performance dəsti də təqdim edilib. Bu dəstin tərkibinə adaptiv Magnetic Ride amortizatorları, başqa buraxılış sistemi, daha effektiv soyutma sistemi, qeydə alınmış pərçimləri olan ön əyləc mexanizmləri, daha enli şinlər, differensialın elektron qapanması, böyüdülmüş splitter və arxa spoyler daxildir. Məhz belə Corvette 60 mil/saat (97 km/saat) həddinə üç saniyıədən az müddətə sürətlənir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni Corvette Stingray salon tərtibatında da sıçrayış edib. İnteryerin tərtibatında bahalı dəri və plastikdən istifadə edilir. Avtomobil tənzimlənən qrafikası olan 12-düymlük virtual cihazlar panelinə və geniş fərdiləşdirmə imkanlarına sahib olub. Məsələn, üç oturacaqdan və altı əsas rəng tərtibatı sxemlərindən birini seçmək olar. Opsiyalar arasında 10 və ya 14 dinamikli Bose səs sistemi də vardır.

Səkkizinci nəsil Corvette Stingray modeli ABŞ-da 59900 dollardan başlayan qiymətlərlə təklif ediləcəkdir. Sportkar əvvəlki kimi Bouliq Qrin (Kentukki) şəhərindəki ixtisaslaşmış zavodda buraxılacaqdır. Stingray modelinin ABŞ-dakı satışlarına payizda başlanmalıdır. Bir müddət sonra rodster və Corvette C8 R yarış avtomobili işıq üzü görəcəkdir.