Chevrolet şirkəti Silverado HD pikapının top variant olan High Country modelini təqdim edib. Xatırladaq ki, bir neçə gün bundan öncə istehsalçı pikapın başqa bir variantını təqdim etmişdir. Bu iki pikap arasındakı fərq onların ön tərəfinin tərtibatındadır.

Chevrolet Silverado HD High Country bu pikapın ən bahalı və dəbdəbəli modifikasiyası olacaqdır. Bu versiya LT modifikasiyasında olan pikapdan ön fənərlərin dizaynı, xrom radiator barmaqlığı, kuzovun rəngində bamperlər və klassik emblemi ilə seçilir. Siverado HD modelinin digər modifikasiyaları Work Track, Custom və LTZ adlanacaqdır.

Bununla belə, Silverado HD ailəsi barədə ətraflı məlumat verilməyib. Pikapın mühərrik çeşidinə iki yeni mühərrik daxil edilib. Bunlardan biri xarakteristikaları açıqlanmayan benzin mühərriki, digəri isə 1234 Nm fırlanma anı hasil edən 6,6-litrlik səkkiz silindrli dizel mühərrikidir. Benzin mühərriki altı pilləli ötürmələr qutusu ilə tandemdə çalışır. Dizel aqreqatı isə 10-pilləli Allison avtomatik ötürmələr qutusu ilə təchiz edilir.