Bir müddət bundan öncə Bugatti Chiron modelinin yeni rekordu barədə xəbər dərc etmişdik. Sən demə, rekordun videoçarxını çəkmək üçün digər bir chiron modelindən istifadə edilib. Ag-qara rəngli avtomobildə videokameranı 400 km/saat sürətində küləkdən müdafiə edən xüsusi bərkitmə sistemi quraşdırılıbmış. Bu barədə Motor1 saytı məlumat yayıb.

Bugatti Chiron modelinin rekordu barədə məlumat sentyabrın ortasında peyda olub. Avtomobil 32,6 saniyəyə 400 km/saat hədinə sürətlənmişdir. Bunun üçün hiperkara 2,6 kilometr tələb olunub. Sonradan isə, hiperkar tam dayanmasına  9.3 saniyə və 491 metr kifayət edib. Beləliklə, bu tapşırığın yerinə yetirilməsinə Chiron modelinə 41,96 saniyə və 3112 metr lazım olub. Rekord yürüşü zamanı avtomobilin sükanı arxasında keçmiş Formula 1 pilotu Xuan Pablo Montoya olub.

Qeyd etmək lazımdır ki, rekord yürüşü zamanı Montoya yarış geyimində deyil, adi gündəlik geyimdə olub. Pilot özünü avtomobildə çox rahat hiss etdiyini bildirib. 

Bugatti Chiron hiperkarı keçən ilin fevral ayında debüt etmişdir. Hiperkar tam ötürməli çəkiş sistemi, 1500 at qüvvəli səkkiz litrlik W16 turbomühərriki və yeddi pilləli robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilir. Chiron 100 km/saat sürətini 2,5 saniyəyə toplayır. 200 km/saat sürətini hiperkar 6,5 saniyəyə, 300 km/saat sürətini isə 13,6 saniyəyə toplayır. Bugatti Chiron modelinin maksimal sürəti 420 km/saat təşkil edir ki, bu sürəti yığmaq üçün isə xüsusi açara ehtiyac vardır.

Hiperkarın spidometri 500 km/saat həddinə kimi işarələnmişdir. “Şiron” modelindən cəmi 500 ədəd istehsal ediləcəkdir. Hiperkarın minimal qiyməti 2,4 milyon avro təşkil edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt