Chrysler 300 modelinin istefaya göndərildiyi barədə artıq məlumat vermişik. Amerikan istehsalçısının bu modellə vidalaşmaq üçün xüsusi versiyanı hazırladığını da bildrimişik. Bu münasibətlə, Chrysler, hətta “bərkgedən” 300C sedanını da model xəttinə qaytarıb. Beləliklə, eksklüziv olaraq ABŞ və Kanada bazarları üçün məhdud saylı tirajla buraxılacaq “bəkgedən” sedan 492 at qüvvəli 6,4-litrlik V8 mühərriki ilə hərəkətə gələcəkdir.

 “Vida” seriyasından olan sedanın anons edilməsi və sifarişlərin açılmasından 12 saat keçməmiş, 300C sedanının bütün tirajı satılıb. Bu barədə məlumatı Chrysler şirkətinin baş direktoru Kris Füell verib. Cəmi 2 200 nüsxəlik tirajla buraxılacaq sedanın 2 000 nüsxəsi ABŞ, qalan 200 nüsxəsi isə Kanada üçün ayrılıb. Qeyd etmək lazımdır ki, sifarişin rəsmiləşdirilməsi məbləği açıqlanmayan behin ödənilməsini nəzərdə tutur. Bu hal alıcıların Chrysler 300C modelinə olan yüksək marağın təzahürüdür.  

Bununla belə, bəyan edilmiş tirajın artırılacağı da istisna edilmir, lakin hələlik 300C sedanına sahib olmağın yeganə yolu beh vermiş alıcılardan birinin öz sifarişindən imtina etməsidir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.