Chrysler şirkəti Panasonic Automotive Advanced Engineering firması ilə birlikdə “Portal” adlı konseptual miniveni işləyib-hazırlamışdırlar. Las-Veqasda keçirilmiş məişət elektronikasının sərgisində (CES) nümayiş etdirilmiş konsept 1980 – 1990-cı illərdə anadan olmuş insanlara ünvanlanmışdır.

Elektrik güc aqreqatı ilə hərəkətə gələn miniven, salonda əyləşmiş insanların səslərini və üzlərini tanımaq imkanına malikdir.  Elektronika sərbəst şəkildə salonda olan bu və ya digər şəxsi aşkar edərək, avtomobilin bir sıra funksiyalarını onun tələblərinə uyğun olaraq tənzimləyə bilər. Misal üçün, musiqini seçə və ya optimal temperaturanı təyin edə bilər. Bundan başqa, salonda quraşdırılmış kameralardan selfi çəkmək üçün istifadə etmək olar ki, çəkilmiş şəkillər anında sərnişinlərin qadjetlərinə göndəriləcəkdir. Əlavə olaraq, kameralar sürücünün baxışlarını izləməyə qadirdilər. 

Buna görə də elektronika, gözlərə olan yükü azaltmaq üçün işıqlandırmanın səviyyəsini tənzimləmək və təhlükə yaranarsa bu barədə xəbərdarlığı sürücünün gözlərinin yönəldiyi istiqamətdə göstərmək imkanına  malikdir. 

Eyni zamanda, konsept  sürücü və sərnişinlərə onların tələblərinə uyğun olan marşrutu seçməkdə yardım edəcəkdir. Misal üçün, yol üstündə olan və hər kəsin bəyənəcəyi restoranı təklif etmək. Chrysler Portal iki displeylə təchiz edilmişdir ki, bunlardan biri mərkəzi konsolun üstündə yerləşir. Bu displey üç seqmentə bölünür: sağ tərəfdəki hissə cihazlar panelini funksiyasını yerinə yetirir, mərkəzi hissə naviqasiya və dairəvi müşahidə üçün, sol tərəfdəki isə əyləncələr üçün cavabdehdir. Prototip həmçinin ətrafdakı avtomobillər və infrastrukturla məlumat mübadiləsi aparan avtonom idarəetmə sistemi ilə də təchiz edilmişdir.

Chrysler Portal 100 kilovatt-saat tutumu olan litium-ion batareyalarla qidalanan elektromotorla hərəkətə gəlir. Elektromobilin maksimal yürüş məsafəsi 400 kilometrdən artıqdır. Xüsusi qidalanma qurğusu vasitəsi ilə 150 kilometrlik yürüş ehtiyatını 20 dəqiqəyə doldurmaq mümkündür. Elektromobilin gələcək taleyi barədə məlumat verilməmişdir.

Image alt Image alt Image alt Image alt