Jeep şirkəti Çikaqoda keçirilən avtosalonda çətin yol şəraitini üçün hazırlanmış Gladiator Mojave pikapını təqdim edib. Xüsusi hazırlanmış pikap, məsələn, səhranı qət etmək üçün tam yararlıdır. Avtomobilin asqısı ciddi şəkildə dəyişdirilib, xüsusi yolsuzluq rejimi əlavə edilib və klirensi 300 millimetrə qədər artırılıbdır.

Mohave modifikasiyasında olan Jeep Gladiator pikapı çıxarılan çənləri olan Fox amortizatorlarını, həmçinin 17 düymlük təkərlərə taxılmış 33 düymlük Falken Wildpeak yolsuzluq təkərlərinə sahib olub. Əlavə ödəniş ilə palçıq dəstini sifariş etmək olar. Bundan başqa, yüksək sürətdə arxa diferensialın kilidlənməsini təmin edən Off-Road Plus rejimi və xüsusi sükan tənizmləmələri də tətbiq edilib. Yuxarıda göstərilənlərə əlavə olaraq, pikap altlığın əlavə müdafiəsi və kapotdakı hava girişi ilə də təchiz olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Jeep Gladiator Mojave modeli 285 at qüvvəsi və 353 Nm fırlanma anı hasil edən standart 3,6-litrlik altısilindrli mühərrik ilə hərəkətə gəlir. Güc aqreqatı 8-pilləli avtomatik ötürmələr qutusu və tam ötürmə sistemi ilə tandemdə çalışır.