Volkswagen şirkəti Çikaqoda işinə başlamış avtosalonda yenilənmiş Atlas krossoverini nümayiş etdirib. Bəzu bazarlarda avtomobili Teramont adı ilə məşhurdur. Restaylinq keçmiş Atlas modeli yeni telematik sistemə, genişləndirilmiş avadanlıq siyahısına və yenilənmiş eksteryerə sahib olub.

Zahiri cəhətdən yenilənmiş Atlas modelini yeni işıq texnikası, radiator barmaqlığı, həmçinin fərqli dizayna malik olan daha təhlükəsiz ön bamperi sayəsində tanımaq olar. Artıq alman markasının ən iri krossoverini R-Line «idman» dəsti ilə də sifariş etmək mümkündür.

Yeni opsiyaların əksəriyyəti Atlas modelinə onun kupe-kross variantı olan Atlas Cross Sport modelindən götürülüb: məsələn, yeni sükan, Fender səs sistemi, havalandırmalı və isitməli ön oturacaqlar, həmçinin dörd cihazı birləşdirmək imkanı verən Wi-Fi giriş nöqtəsi olan Car-Net telematik sistemi.

Bundan başqa, Atlas modelinin avadanlıq siyahısına yol nişanlarını tanıma sistemi, tıxac köməkçisi, adaptiv kruiz-kontrol və zolağa nəzarət funksiyası daxil edilib. Restaylinqdən sonra, model standart olaraq 8-düymlük ekranı olan multimedia sistemi, həmçinin piyadaları tanıma, kor zonalara və arxaya hərəkət zamanı köndələn trafikə nəzarət funksiyalarına malik olan təcili əyləcləmə sistemi ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bu gündən etibarən tam ötürməı sistemini baza mühərriki olan 2.0-litrlik dördsilindrli turboaqreqatla tandemdə sifariş etmək mümkündür. Əvvəllər, tam ötürmə sistemi 280 at qüvvəsi hasil edən 3.6-litrlik VR6 mühərriki ilə əlçatan idi. Güc aqreqatları alternativsiz olaraq 8-pilləli «avtomat» ilə tandemdə çalışırlar.

Yenilənmiş Volkswagen Atlas modelinin Şimali Amerikadakı satışlarına yaz aylarında başlanacaqdır.