Fiat Chrysler Automobiles (FCA) konserni çinlilər tərəfindən satın alına bilər. Bu barədə FCA qrupunun daxilindəki müxtəlif mənbələrinə istinadən "Automotive News" portalı xəbər verib.

FCA ittifaqının alınmasında bir neçə çin şirkəti maraqlıdır. Portalın əldə etdiyi məlumata görə, itayan-amerikan konserninin rəhbərliyi ən əlverişli təklifi gözləyir. Bu mövzu ətrafındakı çoxsaylı danışıqlar müxtəlif şahidlər tərəfindən də təsdiq edilibdir.

Misal üçün, jurnalistlər çin firmalarının nümayəndələrinin konsernin mənzil-qərargahına etdikləri çoxsaylı səfərlərin şahidi olublar. Eyni zamanda, konsernin daxilindəki mənbə -italyan-amerikan ittifaqının nümayəndə heyətinin Great Wall şirkətinin rəhbərliyi ilə görüşmək üçün Çinə səfər etdiyini də bildirib.  Qeyri-rəsmi məlumatlara görə, FCA konserninin alınmasında Dongfeng Motor, Great Wall, Geely və GAC şirkətləri maraqlıdırlar. Buna Çin hökümətinin yeritdiyi xüsusi siyasət də təkan verir. Yerli hakimiyyət orqanları, texnologiyaların əldə edilməsi məqsədi ilə, yerli şirkətləri xarici istehsalçıları almağa sövq edir.

FCA şirkətinin uzun müddətdir ki, satışa hazırlaşdığı məlumdur. Hazırda konsernə Chrysler, Dodge, Jeep, Ram, Fiat, Alfa Romeo, Lancia və Maserati brenləri aiddir. Ferrai markası isə iki ildən artıqdır ki, ayrıca firma statusuna sahibdir. Böyük ehtimalla, konsernin yeni sahibləri Alfa Romeo və Maserati brendlərinə də belə statusu verəcəkdirlər.