Lynk & Co 02 modeli üç il əvvəl 190 at qüvvəli mühərrik ilə təchiz edilmiş, qolf sinifindən olan yüksək klirensli kross-hetçbek şəklində debüt edib. Bu model Volvo XC40 krossoverinin texniki qohumudur: avtomobillər eyni aqreqatlara, platformaya və hətta təkər bazası ölçüsünə malikdirlər. Ancaq şirkət ən güclü versiya üçün qiymətli "krossover" imicini qurban verərək, avtomobili dürüst şəkildə Lynk & Co 02 Hatchback adlandırıb.

Çin markası "qaynar" avtomobillər yaratmaq təcrübəsinə malikdir: məsələn, tamötürməli Lynk & Co 03+ sedanı 2019-cu ildə debüt edib. Yeni hetçbek 4x4 transmissiyanın almasa da, onun təchiz edildiyi güc qurğusu sedanla eynidir: bu, Drive-E ailəsindən olan 254 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrikidir. Güc aqreqatı Aisin firmasının səkkiz pilləli "avtomatı" ilə birlikdə çalışır.

Vizual olaraq, "qaynar" Hatchback baza kross-hetçbekindən kuzov rəngində (qara əvəzinə) plastikdən müdafiə qurşağı və daha aqressiv bamperləri ilə fərqlənir. Beşinci qapının üzərindəki iri spoyler əvvəlcə də var idi, lakin buraxılış sisteminin dörd iri “lüləsi” yenidir.  Avtomobilin asqı sistemi (öndə - McPherson dayağı, arxada - çoxqollu asqı) yenidən tənzimlənmiş, klirens isə azaldılmışdır.

Önötürməli Lynk & Co 02 Hatchback modeli 100 km/saat həddini 6,2 saniyəyə toplayır ki, bu da tamötürməli sedanla müqayisədə  0,3 saniyədə çoxdur. Xatırladaq ki, cari 245 at qüvvəli Volkswagen Golf GTI hetçbeki də bu işə eyni vaxtı sərf edir. Maksimal sürət hələlik açıqlanmayıb, interyerin fotoşəkilləri də dərc edilməyib. Çox güman ki, “qaynar” hetçbek baza modelindən özünəməxsus "idman" dekoru və tərtibatı ilə seçiləcəkdir.

Lynk & Co 02 Hatchback modelinin Çindəki satışlarına yay aylarında başlanmalıdır. Modelin digər bazarlarda nə vaxt satışa çıxarılacağı barədə məlumat verilməyib.